Dərc edildi: Baxış sayı: 856
22 buynuz qişa transplantantı ölkəyə gətirilib
Üç gün MOM-un cərrahları Abdulaliyeva Fərəh, Həsənov Cəmil, Hüseynov Emil və Ağayeva Fidan tərəfindən 22 uğurlu buynuz qışanın transplantasiyası əməliyyatı keçirilib.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ilk növbədə buynuz qişa uzun illər korluğa məruz qalan imtiyazlı xəstələrə köçürülüb. Hətta ilk dəfə regionlarda – akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında buynuz qişanın transplantasiyası cərrahi əməliyyatı uğurla həyata keçirilib. Bütün əməliyyatlar uğurla, fəsadsız başa çatdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət