21 noyabr - Dünya Fəlsəfə Günüdür
Noyabrın 21-i Dünya Fəlsəfə Günüdür.
Dünya Fəlsəfə Gününün qeyd olunması haqqında qərar 2005-ci ildə Parisdə UNESKO-nun Baş Konfransının 33-cü sessiyasında qəbul edilib. Bu günün məqsədi insanları fəlsəfi irslə tanış etmək, gündəlik düşüncələrə yeni fikirlər gətirmək və cəmiyyətin üzləşdiyi problemlər barədə ziyalılar və vətəndaş cəmiyyəti arasında ictimai müzakirələri stimullaşdırmaqdır. Dünya Fəlsəfə Günü 2019-cu ildə müxtəlif regional kontekstlərdə fəlsəfənin əhəmiyyətini vurğulamağı hədəfləyir. Məqsəd sosial dəyişiklikləri dəstəkləyən müasir çağırışlarla bağlı qlobal debatlara regional töhfələr verməkdir. Bu yanaşmanın məqsədi miqrasiya, radikallaşma, ətraf mühitin dəyişməsi və süni intellekt kimi əsas problemləri həll etmək üçün qlobal əməkdaşlığı stimullaşdırmaqla regional dinamikanı inkişaf etdirməkdir.
AZƏRTAC xəbər verir ki, 21 noyabr - Dünya Fəlsəfə Günü ilə əlaqədar UNESKO-nun Baş direktoru Odre Azule dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, fəlsəfə dünyaya və varlığımıza təəccübdən doğulur. Fəlsəfənin tərifləri arasında ən diqqətçəkənlərindən biri Artur Şopenhauerin “Dünya iradə və təsəvvür kimi” əsərində verilib. Əsərdə fəlsəfə dünyanın sübut kimi qəbul edilmədiyi, lakin bilinməyən bir şey kimi verilən sualların əbədi bir təqdimatıdır. İnanclara meydan oxuyan fəlsəfə bu dünyanı bütün zənginliyi və mürəkkəbliyi ilə dərk etməyi təklif edir. Bu təəccübləndirmək bacarığı 3000 il əvvəl Çin, Orta Şərq və Qədim Yunanıstanda yaranan minillik ənənəsinə qayıdır. Hətta minilliklər keçməsinə baxmayaraq fəlsəfi suallar öz aktuallığını itirməyib.
Müraciətdə vurğulanır ki, fəlsəfə dəyişiklik haqqında düşünmək üçün dəyərli bir vasitədir, eyni zamanda, dialoq və dözümlülük üçün qapı açır. Bütün bu səbəblərə görə UNESKO həmişə fəlsəfənin dostu olub. UNESKO bir qurum olaraq Emmanuel Kantın, Bernardin de Saint-Pierrenin əsərlərini həsr etdikləri insan hüquqları fəlsəfəsi sahəsində layihə həyata keçirir.
Dünya Fəlsəfə Günündə UNESKO öz növbəsində sizi dünyaya və ətrafınızdakı gerçəkliyə heyran olmağa, dogmatizmi və qərəzi ifşa etməyə, başqa sözlə insan təbiətinin ümumbəşəri mahiyyətini kəşf etməyə dəvət edir.
Azərbaycan dünya elminə böyük töhfələr bəxş edən ölkələr sırasındadır. Ölkəmizdə elmin müxtəlif sahələrində, o cümlədən fəlsəfə sahəsində əhəmiyyətli nailiyyətlər qazanılıb. Bu gün Azərbaycan elmi-fəlsəfi fikrinin dünya elminə inteqrasiyası qarşıda duran ən aktual vəzifələrdən biridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət