Slimfit
  1. CƏMİYYƏT

2040-cı ilədək Bakı əhalisinin sayı 3 milyonu ötəcək

2040-cı ilədək Bakı əhalisinin sayı 3 milyonu ötəcək
Sakura

2040-cı ilədək Bakı əhalisinin sayı 3 milyonu ötəcək

2040-cı ilə qədər Bakı şəhərinin əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, gələcək əhali sayının, eləcə də əhalinin yaş qrupları üzrə bölgüsünün müəyyən edilməsi ərazilərdən istifadə, mənzil təminatı, ictimai nəqliyyat sisteminin sərnişindaşıma imkanları, mühəndis və xidmət təminatı infrastrukturu kimi əsas şəhər alt sistemlərinin müəyyən edilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.

“Bakı şəhərinin gələcək əhali sayı proqnozunun verilməsi üçün milli və beynəlxalq tendensiyalar nəzərə alınmış, gələcək illərdə şəhər əhalisinin artmağa davam edəcəyi, lakin artım tempinin nisbətən aşağı olacağı proqnozlaşdırılıb.

Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılıb. Müxtəlif riyazi modellər və fərqli hesablama yanaşmalarının tətbiqi ilə aparılmış təhlillərə görə hesabat dövrü üçün şəhər əhalisinin 2,88 – 3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilib.

Bakı şəhərinin Baş Planı çərçivəsində əhali artımı ssenariləri üzrə hesablama nəticələrinin ən yüksək həddi əsas götürülmüş və 2040-cı ilə qədər şəhər əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR