2030-cu ildən sonra 6G mobil rabitə texnologiyası əlçatan olacaq
“Huawei” şirkətinin 5G texnologiyasının inkişafı üzrə prezidenti Yan Çaobin altıncı nəsil (6G) mobil rabitə texnologiyasının tətbiqinə başlama tarixini açıqlayıb.
Hazırda dünya 5G şəbəkəsinin kommersiya istifadəsinin başlanğıc mərhələsindədir. Nəzəri cəhətdən belə xidmətlərin buraxılış qabiliyyəti 20 Qbit/s-yə çatacaq, amma ilk öncə məlumatların ötürülmə sürəti zəif olacaq.
5G seqmentində liderlərdən biri “Huawei” şirkətidir. Şirkət müvafiq texnologiyaları aktiv tətbiq edir.
Eyni zamanda 5G şəbəkəsinin kommersiya tətbiqinə başlanılması altıncı nəsil mobil rabitə texnologiyası üzərində aparılan işlərin sürətlənməsinə səbəb olacaq.
Lakin cənab Çaobin deyib ki, 6G mobil rabitə texnologiyası 2030-cu ildən sonra əlçatan olacaq. Güman ki, bu şəbəkə saniyədə bir neçə 100 qiqabit səviyyəsində buraxılış qabiliyyətini təmin edəcək.
“GSM” assosiasiyasının proqnozuna görə, 2025-ci ilədək dünyada 1,36 milyard istifadəçisi 5G texnologiyasından istifadə edəcək. Həmçinin beşinci nəsil şəbəkəsinin əhatə dairəsi 40% təşkil edəcək.
Emil Hüseynov
Mənbə: İctnews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət