2025-ci ildə Volvo-nun hər üçüncü yeni avtomobili özünü idarəetmə sistemi əldə edəcək
Volvo Cars şirkəti yaxın illərdə buraxılacaq avtomobillərin elektrikləşdirilməsi və özünü idarəetməsinin inkişaf etdirilməsi üzrə planları barədə məlumat verib.
Xəbər verilir ki, növbəti onilliyin ortalarnda Volvo satış həcminin yarısını tam elektrikləşdirilmiş avtomobillər təşkil edəcək. Bununla yanaşı şirkətin məhsul çeşidindən dizel güc quraşdırması olan maşınlar götürüləcək.
Gözləndiyi kimi 2025-ci ildə Volvo-nun hər üçüncü yeni avtomobili avtonom sürmə rejimini dəstəkləyəcək. Bundan əlavə təklif olunan maşınların yarısı abunəlik üzrə xidmət vasitəsilə əlçatan olacaq.
Geniş model sırası sayəsində carşerinq və ya nəqliyyat vasitəsinin qısamüddətli icarəsi xidmətləri təklif edən şirkətlərlə əməkdaşlıq mümkün olacaq.
Ümumilikdə gözlənilir ki, bu təşəbbüslər şirkətin öz müştəriləri ilə olan qarşılıqlı əlaqəsini yeni səviyyəyə çıxaracaq. Volvo qoşulmuş avtomobillər və müştəri platformaları üçün xidmətləri aktiv inkişaf etdirməyi planlaşdırır.
“Müştərilərimizin gözlədikləri çox sürətlə dəyişir – biz də onlarla birlikdə. Yeni təşəbbüslər Volvo Cars şirkətinə təkcə premial avtomobil istehsalçısı olmaq deyil, həm də müştərilərə müxtəlif xidmətlər təklif edərək onların komfort səviyyəsini yüksəltməyə imkan verəcək”, - avtomobil istehsalçısı bəyan edib.
Mənbə: 3dnews.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət