Slimfit
  1. TEXNOLOGİYA

2022-ci ilədək dünya əhalisinin 60 faizi internetdən istifadə edəcək

2022-ci ilədək dünya əhalisinin 60 faizi internetdən istifadə edəcək
Sakura

2022-ci ilədək dünya əhalisinin 60 faizi internetdən istifadə edəcək

ABŞ-ın “Cisco” şəbəkə avadanlığı istehsalçısı internetdə “Şəbəkə texnologiyalarının əyani inkişaf indeksi” (Visual Networking Index, VNI) tədqiqatının nəticələrini açıqlayıb. Məruzə qlobal “IP” şəbəkələrinin 2017-2022-ci illərdə inkişafına həsr olunub.

ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, hesabata görə, 2022-ci ilədək Yer kürəsi əhalisinin 60 faizi internet istifadəçisi olacaq. Qlobal şəbəkəyə 28 milyarddan çox qurğu qoşulacaq, bir istifadəçinin şəbəkəyə qoşulan qurğularda payı orta hesabla 3,6 təşkil edəcək. 2017-ci ildə bu göstərici 2,4 olub. Dünyada genişzolaqlı, mobil və “Wi-Fi” şəbəkələrinin sürəti minimum 2 dəfə artacaq.

Proqnoza görə, 2022-ci ilədək dünya “IP” trafikinin aylıq həcmi 396 ebayta (2017-ci ildə 122 ebayt) çatacaq. İnternet istifadəçilərinin sayı 4,8 milyard təşkil edəcək. 2017-ci ildə bu göstərici 3,4 milyarda (dünya əhalisinin 45 faizi) bərabər olub.

Bildirilir ki, 2022-ci ilədək internetə qoşulan qurğuların yarısından çoxu (ötən il 34 faiz) “M2M” (Machine-to-Machine) qurğuları olacaq. Bu, 14,6 milyard (2017-ci ildə 6,1 milyard) bağlantı deməkdir.

Beş il ərzində dünyada genişzolaqlı stasionar şəbəkələrin orta sürəti 2 dəfə – 39,0 Mbit/saniyədən 75,4 Mbit/saniyəyədək artacaq. Eyni zamanda “Wi-Fi” bağlantılarının orta sürətinin 24,4 Mbit/saniyədən 54,0 Mbit/saniyəyədək yüksələcəyi gözlənilir. Dünyada mobil bağlantıların orta sürəti isə 3 dəfədən çox artaraq 28,5 Mbit/saniyə təşkil edəcək.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR