Dərc edildi: Baxış sayı: 1258
2022-ci il üçün ünvanlı sosial yardımın məbləği müəyyən olundu
Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.
Layihə III oxunuşda qəbul olunub.
İclasda “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi də III oxunuşda qəbul edilib.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyən olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət