Slimfit
  1. AVTO VƏ MOTO

2021-ci model ilinin Mazda CX-5 modeli təqdim edilib

2021-ci model ilinin Mazda CX-5 modeli təqdim edilib
Sakura

2021-ci model ilinin Mazda CX-5 modeli təqdim edilib

Mazda şirkəti 2021-ci model ilinin CX-5 krossoverini təqdim edib. Debütündən təxminən dörd il keçməsinə baxmayaraq, şirkət krossoverin dizaynına toxunmamaq qərarına gəlib. Eksteryerdəki yeniliklər yalnız palitraya əlavə edilmiş boz Polymetal Grey rəngi və digər emblemlərdən ibarətdir. Mazda şirkətinin mühəndisləri əsas diqqəti texniki hissəyə və avadanlıqlara yönəldiblər.

Ens.Az autograph.az-a istinadən bildirir ki, salondakı yeniliklər multimedia sisteminin 8-düymlük (əvvəl 7-düymlük idi) ekranından, yeni daxili LED işıqlandırmadan, həmçinin oturacaqların parça və süni dəri ilə üzlənməsindən ibarətdir. Eyni zamanda, salonun səs-küy izolyasiyası yaxşılaşdırılmış, benzin versiyalarının sükan çarxına ötürülən vibrasiya səviyyəsini azaldan əlavə dampfer quraşdırılmışdır.

Hələlik təkmilləşdirilmiş Mazda CX-5 modeli yalnız Avropada təklif olunur və krossoverin mühərrik çeşidi dəyişilməz qalıb. Benzin modifikasiyalar 165 at qüvvəli 2,0-litrlik və 194 at qüvvəli 2,5-litrlik atmosfer mühərrikləri, dizel modifikasiyaları isə 150 və ya 184 at qüvvəli 2,2-litrlik turbodizel ilə təchiz edilirlər.

Bununla belə, 2,0-litrlik Skyactiv-G mühərriki iki silindrin (birinci və dördüncü) söndürülməsi sistemi ilə təchiz edilib. Bu sistem yanacaq sərfiyyatını azaldacaqdır. Belə mühərrik yalnız mexaniki ötrümələr qutusu ilə təchiz edilən krossoverlərdə quraşdırılacaqdır.

Tamötürməli modifikasiyalar isə, onların yolsuzluqdakı imkanlarını yaxşılaşdırmaq üçün, differensialın kilidlənməsini təqlid edən Off-road Traction Assist sistemi  ilə təchiz edilirlər.

Nəhayət, Mazda CX-5 modelinin işıq sensoru yenidən tənzimlənib: fənərlər əvvəlkindən daha erkən - ətraf mühitin işıqlanması təxminən 2000 lüksə endikdə (aydın günlərdə günəş batmazdan 30 dəqiqə əvvəl belə şərait yaranır) işə düşəcəkdirlər. Avtomatik əyləc sisteminin qaranlıqda piyadanı aşkarlama funksiyası da yaxşılaşdırılıb.

Təkmilləşdirilmiş Mazda CX-5 modelinin Avropa bazarında satışlarına yaxın günlərdə başlanacaqdır. 2021-ci model ilindən olan krossoverlərin Azərbaycandakı satışlarına cari ilin üçüncü rübündə start veriləcəkdir.Qiymətlər satışların başlanılmasına yaxn zamanda açıqlanacaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR