Dərc edildi: Baxış sayı: 878
2020-ni ilk qarşılayan onlar oldu
Ada ölkələri olan Samoa, Kiribati və Yeni Zenlandiya 2020-ci ili qarşılayan ilk ölkələr olub.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan saatı ilə 15:00-da təzə ili qarşılayan Zenlandiyadan iki saat sonra Avstraliya 2020-yə girib.
Meşə yanğınları ilə mübarizə aparan ölkənin şənlik ünvanı Sidney limanı olub. Bir neçə dəqiqə sonra isə Cənubi Koreya, Pekin və Honk-Konq yeni illə tanış olacaq.
Amerikanın Nyu-York və Vaşinqton şəhəri isə Azərbaycan saatı ilə səhər 08:00-da 2020-ni qeyd edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət