Dərc edildi: Baxış sayı: 607
2020-ci ilin əvvəlinə 11 mindən çox yeni abonent qeydə alınıb
2020-ci ilin yanvar ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 551 yeni abonent qeydiyyata alınıb. Bunun da 7 467-si Bakı, Abşeron və Sumqayıt, 4 084-ü isə regionlar üzrədir. Beləliklə, hazırda Birlik üzrə 01.02.2020-ci il tarixə əhali qrupu üzrə qazdan istifadə edən 2 milyon 256 min 870 istehlakçı qeydiyyata alınıb. Bunun 1 milyon 388 min 731-i regionlar, 868 139-u Bakı şəhəri üzrədir.
Onu da qeyd edək ki, 2020-ci ildə də əvvəlki illərdə olduğu kimi qeyri-əhali sektoru üzrə 592 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün 5 000 kubmetr limit ayrılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət