Slimfit
  1. DÜNYA

2020-ci il üçün dünyanın ən təhlükəsiz aviaşirkətləri açıqlandı

2020-ci il üçün dünyanın ən təhlükəsiz aviaşirkətləri açıqlandı
Sakura

2020-ci il üçün dünyanın ən təhlükəsiz aviaşirkətləri açıqlandı

Qazaxıstanda bir neçə gün öncə baş verən dəhşətli qəzadan sonra hava yolları şirkətlərinin təhlükəsizliyi yenidən əhəmiyyətli mövzu kimi gündəmə gəlib.

"Qafqazinfo"nun "İzvestiya"ya istinadən məlumatına görə, bu dəfə “AirlineRatings” portalı 2020-ci il üçün dünyanın ən təhlükəsiz aviaşirkətlərinin siyahısını hazırlayıb. Burada liderliyi Avstraliyanın “Qantas” hava yolları şirkəti ələ alıb. Reytinq hesablanarkən şirkətə məxsus təyyarələrdə qəza və ciddi hadisələrin statistikası, təyyarələrin yaşı, uçuş təhlükəsizliyi sahəsindəki yeniliklər nəzərə alınıb.

Yeni Zelandiyaya məxsus “Air New Zealand” ikinci yerdə, Tayvanın “EVA Air” aviaşirkəti üçüncü yerdə qərarlaşıb. Dördüncü və beşinci yerləri isə “Etihad” və “Qatar Airways” tutublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR