Slimfit
  1. İDMAN

2019-cu ilin idman komandalarının ən zəngin sahiblərinin adı açıqlandı

2019-cu ilin idman komandalarının ən zəngin sahiblərinin adı açıqlandı
Sakura

2019-cu ilin idman komandalarının ən zəngin sahiblərinin adı açıqlandı

Siyahıya liderliyi Hindistandan olan sənayeçi Mukesh Ambani edir və bu top onluğa Rusiyadan üç nümayəndə də daxildir.Fins.az-ın məlumatına görə,2019-cu ildə Forbes dünya üzrə 2153 milyarder qeydə alıb və onların mülkünü 8,7 trilyon dollar qiymətləndirib. İkinci dəfə, 10 il ərzində milyarderlərin sayı və onların var-dövləti azalaraq müvafiq olaraq 55 nəfər və 400 milyard dollar olub. Lakin idman komandalarının sahibləri üçün il uğurlu olub: ən zənginlərin top 20 – liyində yalnız altı nəfər kasıblayıb.

Öz var-dövlətini 10 milyard dollar artırmaqla hindistanlı sahibkar Mukesh Ambani reytinqin lideri olub. Siyahı daxilində bəzi dəyişikliklər edilib. Son 12 ay ərzində Paul Allen, Richard  DeVos, Tom Benson dünyasını dəyişib. Onlar uzun illər NBA və NFL – in beş komandasının ümumi heyətinə daxil olublar. Reytinqin əsas yeni iştirakçısı, Amerika futbolunun ən zəngin adamı David Tepper olub. O, 2018-ci ilin mayında “Carolina Panthers”- i alıb. Forbes-in hesablamasına görə,  60 milyarder, futbol və xokkeydən tutmuş, kriket və velosiped yarışlarına kimi müxtəlif idman sahələrinə rəhbərlik və ya sahiblik ediblər. Onların 70 – dən çox komandası var və var-dövlətləri 391 milyard dollardır.

1 . Mukesh Ambani, Hindistan

№13 Forbes 2019 siyahısında ( burada və  qlobal reytinqdə )

Mülkü 50 milyard dollar

Yaşı 61

Biznesi “Reliance İndustries” ( neft-kimya, reteyl, telekomunikasiyalar )

Komandası “Mumbai Indians” ( kriket )

“Indians” hind kriketində ən uğurlu komandalardan biridir, yerli Premyer-liqada üç dəfə qalib gəlib, lakin 2018 sezonunda oyunların yarısından çoxunu uduzub. Amma Mumbayda kreket- komandanın franşizası üçün 111,9 milyon dollar qoymasına baxmayaraq Mukesh Ambani üçün 2018-ci il ümumilikdə uğurlu olub. Hindistanın ən zəngin adamı Amabninin var-dövləti 10 milyard dollara çatıb. O “Reliance İndustries” xoldinqini 60 milyardlıq dövriyyə ilə idarə edir. 1966-cı ildə Ambaninin atası biznesə kiçik tekstil manufakturasından başlayıb, indi isə şirkətin əsas gəlir mənbəyi neft emalı, reteyl ( məhsullar və elektronika ) və telekomunikasiyalardır. 2016-cı ildə “Reliance”-ın öz Jio 4G – mobil operatoru yaranıb. Hindistan daxilində ödənişsiz zənglər, ucuz məlumat ötürmə xidməti və demək olar ki, pulsuz smartfon təklif edən Jio, artıq 280 milyon abonent qazanıb.

2 . Steve Ballmer, ABŞ

№ 19 Forbes 2019 siyahısında

Mülkü 41,2 milyard dollar

Yaşı 63

Biznesi “Microsoft”

Komanda “Los Angeles Clippers” (basketbol)

2014-cü ildə Ballmer baş direktor kürsüsünü tərk etdi, lakin şirkətin səhmlərinin böyük bir hissəsini qorudu və itirmədi – son dörd ildə onlar və həm də iş adamının var-dövləti iki dəfə artdı. O vaxtdan,  2014-cü ildə Ballmerin 2 milyard yatırım etdiyi “Los Angeles Clippers” basketbol komandası da bir qədər inkişaf edib. 2019-cu ilə franşizanı 2,2 milyard dəyərləndirir, sahibkar isə İnqlevudda 18 000-lik yeni arena tikdirmək istəyir.

3.Alexei Mordashov

Mülkü 20,5 milyard dollar

№48 Forbes 2019 siyahısında

Yaşı 53

Biznesi “Severstal” ( metallurgiya ), TUİ  ( turizm )

Komandası “Severstal Cherepovets”

2017/18 sezonunun nəticələrinə görə “Severstal”ı XQL-dən çıxarılmalı idi, lakin komanda  5 ildə birinci dəfə play-off-a çıxdı və izləyici sayını artırdı ( bir oyun ərzində orta hesabla 3773 tamaşaçı ), bununla yanaşı liqada yerini və “Severstal” qrupu tərəfindən maliyyələşməni qoruyub saxladı. 2018-ci ilin fevralında  şirkətin böyükləri sezon üçün kluba, XQL-də qalacaqları halda 24 milyon manatlıq büdcə vəd etdilər. Mordashov yalnız komandanın digər yatırımçıları olacağı təqdirdə xərcləri artırmağa hazır olduğunu deyib.

4.Dietrich Mateschitz, Avstriya

№53 Forbes 2019 siyahısında

Mülkü 18,9 milyard dollar

Yaşı 74

Biznesi Red Bull

Komandası “Nyu-York Red Bulls” , “RB Leipzig” ( futbol ), “Red Bull Racing” ( “Formula-1” ) və başqaları

Red Bull şirkəti beş futbol ( ABŞ, Almaniya, Avstriya, Qana və Braziliyada ), iki hokkey,  “Formula-1” in iki komandası, kiberidman layihəsi və bir çox ekstrimal tematika yarışlarını maliyyələşdirir və bununla da idmanı marketinq meydanı üçün vacib brend hesab edir. Və belə strategiya işləyir: 2017-ci ildə dünyada 6,3 milyard Red Bull qabı istehsal olunub – bu Yer kürəsi əhalisinin 80%-ni kofeinlə təmin etmək üçün kifayət edən miqdardır.

5.Hasso Plattner, Almaniya

№94 Forbes 2019 siyahısında

Mülkü 13,5 milyard dollar

Yaşı 75

Biznesi SAP ( proqram təminatı )

Komandası “San Jose Sharks” ( hokkey )

2013-cü ildə Plattner “Sharks” aksiyalarını alanda və komandaya idarəçilik sistemini  dəyişəndə klub ziyanda idi, sahibkar özü isə etiraf etmişdi: “ Hokkeydən qazanmaq olmur”. Hal-hazırda “San Jose” XQL- in stabil franşizalarından biridir. Doug Wilson 2013-cü ildən klubun baş meneceridir, Peter de Boer isə dördüncü sezondur ki, komandaya rəhbərlik edir ( bu, liqa üçün nadir haldır ). Pozitivlər və maliyyə göstəriciləri belədir: 148 milyon dollar gəlir və 14 milyon dollar əməliyyat zərəri.

6.Roman Abramovich, Rusiya

№107 Forbes 2019 siyahısında

Mülkü 12,4 milyard dollar

Yaşı 52

Biznesi “Evraz” , “Norilsk Nickel”

Komandası “Chelsea” ( futbol )

Uğurlu transfer şirkəti ( 113 milyon funt sterlinq ) və TV gəlirlərinin artması ( 204 milyon funt sterlinqə qədər ) “Chelsea”-yə, 2017/18 sezonunun nəticələrinə görə rekord maliyyə göstəricilərinə çatmaqda kömək edib: 443,4 milyon funt sterlinq ümumi gəlir və 62 milyon funt sterlinq zərər. 60 000 nəfərlik yeni stadion  kluba iqtisadi yükü düzəltməkdə kömək olub. Lakin 2018-ci ilin yazında Roman Abramovichin Britaniya səhm vizasının vaxtını uzatmayıblar və “Stamford Bridge” in rekonstruksiyası donduruldu.

7.James  Ratcliffe, Böyük Britaniya

№110 Forbes 2019 siyahısında

Mülkü 12,1 milyard dollar

Yaşı 66

Biznesi İneos Group (neft-kimya)

Komandası “Team Sky” ( velosiped idmanı )

Onilliyin ən titullu velosiped komandası “Team Sky” ( 2010-cu ildən bəri qran-turlarda 8 qələbə ) 2018-ci ilin sonunda sponsorlarını itirdi: Sky və 21st Cetury Fox velosiped idmanından getmələri barədə bildirdilər. 2019-cu ilin yazında komandanın yeni sahibkarı sənayeçi James Ratcliffe oldu. May ayından “Team Sky” “Team İneos” adlanacaq və illik 40 milyon funt sterlinq büdcə əldə edəcək. Bundan başqa, KİV-in məlumatına görə, Ratcliffe “Chelsea”-ni almaqda da maraqlıdır, lakin 2,5 milyard funt sterlinqlik qiyməti baha hesab edir.

8.David Tepper , ABŞ

№118 Forbes 2019 siyahısında

Mülkü 11,6 milyard dollar

Yaşı 61

Biznesi Appaloosa Management ( hedge )

Komandası “Carolina Panthers” ( amerikan futbolu )

Tepper 2018-ci ilin yayında Panthers in səhmlərini amerikan futbolu üçün rekord sayılan 2,3 milyard dollara aldı. Kluba digər namizədlər də vardı, lakin Tepper daha çox pul təklif etdi və MFL komandasının ən zəngin sahibkarı oldu. İndi liqanın qaydalarına əsasən o, 2019-cu ildə qazandığı payını ( 5% ) “Pittsburgh Steelers”ə satmalıdır. Son beş ildə “Panthers” 4 dəfə  play-off çempionatına çıxıblar, lakin 2017 sezonunu 62 milyon dollarlıq əməliyyat zərəri ilə başa vurublar.

9.Philip Anschutz, ABŞ

Philip Anschutz of Anschutz Entertainment Group watches the Los Angeles Lakers play the Boston Celtics during Game 3 of the NBA Finals basketball championship in Los Angeles, June 10, 2008. REUTERS/Lucy Nicholson (UNITED STATES)

№128 Forbes 2019 siyahısında

Mülkü 10,9 milyard dollar

Yaşı 79

Biznesi investisiyalar

Komandaları Los Angeles Kings ( hokkey ), “Los Angeles Galaxy” ( futbol )

Philip Anschutz olmadan  Amerikada güclü futbol liqası olmazdı: Layihənin əvvəlində o komandalar yaratdı, stadionlar tikdi, ulduzlar gətirdi. Hal-hazırda onun “Galaxy”si  MLS franşizasının ən bahalılar ( 320 milyon dollar ) və maliyyə cəhətdən uğurlu olanları ( 63 milyon dollar gəlir ) sırasındadır: klub Zlatan İbrahimovich-ə sezona görə 1,5 milyon dollar ödəyə bilər. Və hələ də Anschutzun hokkey aktivi  “Los Angeles Kings” 2,5 dəfə bahadır ( 810 milyon dollar ) və 3 dəfə çox qazanır ( 193 milyon dollar ).

10.Mikhil Prokhorov

№139 Forbes 2019 siyahısında

Mülkü 9,8 milyard dollar

Yaşı 51

Biznesi investisiyalar

Komandası “Brooklyn Nets” Nyu-York ( basketbol )

2018-ci ilin yazında “Alibaba Group”-un həmtəsisçisi Joseph Tsai “Nets”-in aksiyalarının 49% -ni öz payının üç ildən sonra artması imkanı ilə əldə edib. Bütünlükdə anlaşmanı 2,3 milyard dollar qiymətləndiriblər, hərçənd ki, bura  Brooklyn-in ev oyunlarını keçirdiyi “Barclays Center”-ə olan hüquqlar daxil deyil. 2019-cu ilin martında KİV-də belə bir xəbər yaıldı ki, Tsai Prokhorovdan arenanı da almağa hazırdır – beləcə “Nets” i satın almaq üçün liqanın təsdiqini qazanmaq daha asan olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR