Slimfit
  1. İDMAN

2019-cu ildə yeddi Formula 1 festivalı keçiriləcək

2019-cu ildə yeddi Formula 1 festivalı keçiriləcək
Sakura

2019-cu ildə yeddi Formula 1 festivalı keçiriləcək

Keçən il Londonda təşkil edilmiş F1 Live şousunun uğurundan sonra “Liberty Media”da buna oxşar daha bir neçə hadisə olub. Bu il Şanxayda, Marseldə və Milanda oxşar festivallar uğurla keçirilib. Qarşıda daha bir yürüş şousu gözlənilir. Bu, Mayamidə olacaq.

AZƏRTAC F1News.ru saytına istinadla xəbər verir ki, 2019-cu ildə Qran-Pri ərəfəsində düz yeddi festival keçirilməsi planlaşdırılır.

Formula 1-in kommersiya direktoru Şoin Bratçes deyib: “Bu il biz dörd festival keçirmişik, gələn il isə ən azı yeddi festival keçirməyi planlaşdırırıq. Düşünürəm ki, gələcəkdə onların sayı daha çox olacaq.

Bizim sponsorlarımızın, tərəfdaşlarımızın və yürüş promouterlərin mənafeyi naminə, azarkeşləri cəlb etmək üçün yetişmiş bazarların tədqiq olunmasına xeyli vaxt sərf etmişik. Məncə, belə festivallar idmanın bu növünün əfsanəvi gözəlliyini tamaşaçıya çatdırmağın ən yaxşı üsuludur. Belə festivallarda insanlar Formula 1 maşınlarını öz şəhərində görmək imkanı qazanırlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR