Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

2019-cu ildə səyahət üçün ən yaxşı 5 şəhər

2019-cu ildə səyahət üçün ən yaxşı 5 şəhər
Sakura

2019-cu ildə səyahət üçün ən yaxşı 5 şəhər

Paris və Barselonanı unudun. Lonely Planet portalı 2019-cu ildə ziyarət edilməsi lazım olan 5 şəhərin siyahısını dərc edib. Bu isə əhəmiyyətsiz deyil. “2019-cu ilin ən yaxşı səhayət istiqamətləri” illik doqquzuncu reytinqində turizm sahəsində işləyən ekspertlər və redaktorlar kollektivi tərəfindən yeni ildə ziyarət etməli olduğunuz 5 ən yaxşı şəhər, ölkə və istiqamət seçilib.

“Bu yerləri 2019-cu ildə mütləq görmək lazımdır, - Lonely Planet-in redaktoru press-relizdə bildirib. - Burada ənənələr dirçəlir, nadir hadisələr qeyd olunur və ya sadəcə onları haqsız olaraq unudublar. İndi səfəri planlaşdırmağın tam vaxtıdır”.

Ən yaxşı ölkə və regionların siyahıları da diqqətə layiqdir, amma şəhərlər fikrimcə daha maraqlıdır. Nüfuzlu nəşrə əsasən bu möcüzəvi şəhərlər 2019-cu ilin yanvar ayından “turistlərin təxəyyülünü heyrətləndirməyə” hazırdır.

  1. Kopenhagen, Danimarka

Danimarkanın sərt paytaxtı hamısından irəlidədir. Müasir danimarka restoranı Nomada qurmanlar yeni kəşflər, şəhərətrafı fermalar və yüksək skandinaviya mətbəxindən başlarını itirirlər. Şəhərdə populyar olan küçə yeməyinin mərkəzi Reffen bazarına çevrilmiş köhnə gəmiqayırma binası Refshaleyön oldu ki, indi siz burada yemək və əl işləri ala bilərsiniz.

Tivolu əyləncə parkında yeni fevram mövsümü qış sıxıntısından əsər-əlamət qoymayacaq. Amager Bakke adlı tullantıların emalı mərkəzinin damında xizək yamacları və piyada cığırları var ki, bu da sadəcə ağlasığmazdır!

Danimarka arxitektura mərkəzi Rem Kolhasın layihələndirdiyi Bloks hay-küylü mədəniyyət kompleksinə daşınıb. 2019-cu ilin ortalarında metronun dairəvi xəttinin inşası bitəndən sonra şəhərdə gəzmək daha rahat olacaq”.

  1. Şençjen, Çin

Çinin Silikon Vadisi - Çinin ən qabaqcıl şəhəri olan Şençjenə xoş gəlmisiniz. Honkonqun sərhədindəki şəhər yaradıcı şəxsləri müasir arxitektura və texniki innovasiyalar bolluğu ilə cəlb edir.

Əvvəllər Honkonqun gecə həyatının ucuz analoqu kimi tanınmış Şençjen indi həm indi musiqinin inkişaf edən səhnəsi və rahat kafelər, pivəxanalar, həm də tərk edilmiş anbarlardan formalaşmış yeni müasir incəsənət rayonudur. Son üç ildə orada London Albert və Viktoriya Muzeyinin köməyi ilə Dizaynerlər cəmiyyəti, müasir incəsənət muzeyi - OCT-LOFT sərgi mərkəzi və ənənəvi art-kənd açılıb.

  1. Novi-Sad, Serbiya

Nəfis, amma rahat Novi-Sad Serbiyanın ikinci şəhəri statusuna qarşı üsyan etməklə və əminliklə öz adını əsaslandırmaqla ümumi diqqəti cəlb edir. “Novi-Sad”-da 20-ci həyəcanlı EXIT festivalı keçiriləcək ki, bu da şəhərə Avropanın 2019-cu il gənclər paytaxtı statusunun alınması ilə üst-üstə düşür.

Festivalın keçiriləcəyi Petrovaradin qalasının yaxınlığındakı Aşağı şəhər, köhnə Çayna-taun alternativ mədəniyyət rayonuna çevrilir. Hələlik isə yaradıcı enerjisi ilə qaynayan Gradi Fest yeni festivalı Petrovaradini musiqi, film, teatr və sərgiləri ilə canlandırır, Novi-Sad növbəti tacı - 2021-ci ildə Avropa Mədəniyyət paytaxtı adını taxmağa hazırlaşır.

  1. Mayami, ABŞ

Özünün gözəl çimərlikləri və səs-küylü gecə həyatı ilə məşhur olan Mayami tropik cənnətdən bir tikə qoparmaq istəyən turistləri çoxdan cəlb edir.

Mayaminin qışdan qaçmaq üçün gözəl üsulunun indiyə qədər olmasına baxmayaraq, son illərdə “sehrli şəhər” çiçəklənən incəsənət mərkəzi, qurmanların arzularına və şəhər dizaynının novatoruna çevrilib.

Şəhərin mərkəzi 305 milyon dollar dəyərində olan məşhur elm muzeyinin açılışından sonra yenilənməyə başlayıb, Dizaynerlər rayonu isə yeni effektiv arxitektura (“Qaraj” muzeyi və müasir incəsənət institutu da daxil olmaqla), küçə art-quraşdırmaları və genişlənən mədəniyyət proqramı ilə maqnit kimi özünə çəkir.

  1. Katmandu, Nepal

2015-ci ildəki zəlzələdən sonra Katmandudan olan müsahibələrdə biz matəmə bürünən məhv olmuş görürdük, bu gün isə oradan olan süjetlərdə yenidən quraşdırma və yenidən canlanma görürük. Əlbəttə, bütün möhtəşəm abidələr, məhv olmuş elementlərin bərpası hələ bitməyib, amma tarixi abidələr tədricən bərpa olunur, hərəkətin sayəsində Katmanduda son illərdə yaşayış daha rahat olub.

İndi isə burada xoş bonus qismində qədim şəhərin dolaşıq dalanlarının abu-havasına əlaqə olaraq, etibarlı elektrik enerjisi təchizatı və Wi-Fi da var.

 

Mənbə: Puteşestvuy

 

[haber=29993]

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR