Slimfit
  1. AVTO VƏ MOTO

2019-cu ildə Rusiyada ən populyar ikinci əl avtomobillərinin siyahısı açıqlanıb

2019-cu ildə Rusiyada ən populyar ikinci əl avtomobillərinin siyahısı açıqlanıb
Sakura

2019-cu ildə Rusiyada ən populyar ikinci əl avtomobillərinin siyahısı açıqlanıb

Ens.az xəbər verir ki, Rusiya avtomobil bazarında yeni xarici avtomobillərin qiymətində artım qeydə alınıb. Görünür, bunun təsirindəndir ki, ikinci əl avtomobillər alıcılar arasında populyarlaşmağa başlayıb. Rusiyalı mütəxəssislər keçən ildə qeydə alınmış satış sayına görə, ən populyar xarici maşınların reytinqini hazırlayıblar.

İkinci əl satış siyahısında ilk yeri yığcam Ford Focus avtomobili tutur. Bu markadan 2019-cu ildə Rusiya avtomobil bazarında 133 min nüsxə satılıb.

İkinci yeri 109 min tiraj satış göstəricisi olan Hyundai Solaris subkompakt avtomobili tutub.

Üçüncü pillədə Toyota Corolla modeli yer alıb. Keçən il 103,7 min avtomobil öz sahibini tapıb.

Dördüncü yeri "koreyalı" KIA Rio tutub. Keçən il 101,6 min nüsxə avtomobil Rusiyanın təkrar bazarında satılmışdır.

83,1 min ədəd satış sayı ilə ilk 5-liyi Toyota Camry qapayır.

Ötən il Rusiyada ən çox satılan avtomobillərin 10-luğu aşağıdakı siyahı ilə tamamlanır: Renault Logan (79.7 min nüsxə), Chevrolet Niva (75.5 min), Volkswagen Polo (61.7 min), Opel Astra (61.5 min) və Skoda Octavia (54,8 min).

Ümumilikdə, 2019-cu ildə Rusiyada 4 milyon istifadə edilmiş avtomobil satılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR