Slimfit
  1. MARAQLI

2019-cu ildə işsiz qalmamaq üçün nə bacarmalıyıq?

2019-cu ildə işsiz qalmamaq üçün nə bacarmalıyıq?
Sakura

2019-cu ildə işsiz qalmamaq üçün nə bacarmalıyıq?

İşədüzəlmə məsələsi hər zaman aktual olub, işçilərə qarşı irəli sürülən tələblər isə ildən ilə dəyişir. Bu sahədəki yeniliklərə qısa nəzər yetirək.

Özünüməşğulluq

2017-ci və 2018-ci illərlə müqayisədə həm İT, həm də digər sahələrdə vakansiyaların sayı artıb (ə/h isə eyni qalıb). Bir çox şirkətlər, kiçik və orta biznes də daxil olmaqla, işçiləri özünüməşğulluq sistemi ilə qəbul edirlər.

Özünüməşğulluq sistemi üzrə işə qəbul olmuş şəxs başa düşməlidir ki, bütün vergiləri özü ödəməli olacaq. Bundan əlavə olaraq, o, məzuniyyət kimi imtiyazlara iddia etməməlidir. Eyni zamanda unutmamalıyıq ki, şirkət sizə heç bir xəbərdarlıq etmədən sizi işdən çıxara bilər.

Bir çoxlarınız deyə bilər ki, əmək müqaviləsi ilə işə qəbul olduğumuz halda belə, “pis işləyirsən” səbəbindən işdən çıxarıla bilərik. Lakin, heç də hər kəs bilmir ki, işəgötürən sizin “pis işlədiyinizi” hüquqi olaraq sübut etməlidir. Bu isə heç də həmişə mümkün olmur.

Sahələr

Sahələrdən danışdıqda isə insanların çoxu düşünür ki, İT sahəsi ən gəlirli sahələrdən biridir. Bu tam olaraq reallığa uyğun deyil.

İT sahəsini əsas iki seqmentə bölmək olar: İT və internet (oyunlar olan yer). İkinci seqmentdə əmək haqqının səviyyəsi və vakansiyaların sayı baxımından hər şey yaxşıdır. Belə ki, İT şirkətlərin bir çoxu xarici dövlətlərə işləyirlər, müvafiq olaraq işçiyə əmək haqqı dollar və ya avro ilə verilir.

2019-cu ildə İT sahəsində tələb olunacaq bilik və bacarıqlara qısa nəzər yetirək. İnternetdə çox vaxt bu kimi şüarlara rast gəlirik: “bu, o birisi və oradakı proqramlaşdırma dilini öyrən”, lakin siz başa düşməlisiniz ki,  25-26 yaşında proqramlaşdırma proqramlarını sıfırdan öyrənməyə başlamış şəxs, çox güman ki yaxşı iş tapa bilməyəcək. Niyə?

Səbəb çox sadədir. Bu yaşda heç bir şey bacarmayan mütəxəssis, heç kimə lazım deyil. Adətən şirkətlər Senior (bu səviyyəyə çatmaq üçün ən az 5-7 il təcrübəniz olmalıdır) səviyyəli mütəxəssislərə üstünlük verirlər.

Junior–proqramçı isə bazarda rəqabətqabiliyyətli vahid deyil. Belə halda işçi aşağı əmək haqqı ilə razılaşaraq, 19-20 yaşlı proqramçılarla eyni səviyyədə çalışmalı olur.

Nəticə: bu o demək deyil ki, 25 yaşdan sonra proqramlaşdırma ilə məşğul ola bilmərsiniz. Amma “40 yaşında bizə gəl və 2 ildən sonra Facebook-da çalışacaqsan” kimi şüarlara aldanmayın.

Klassik İT sahəsinə gələndə isə, burada işlər o qədərdə yaxşı getmir. Şirkətlər maliyyə vəsaitinə qənaət edərək, daha çox ucuz sistemlərə üstünlük verirlər.

Dövlət qulluğu

Ötən il işəgötürən qismində dövlət və dövlət müəssisələri çıxış edirdi. Dövlət qulluğu ilə hər şey eyni anda həm yaxşıdır, həm də çətindir. Niyə çətindir? Çünki dövlət qulluğuna düşmək kifayət qədər çətindir. Bu, qapalı bir sistemdir, hara ki hər kəs yalnız “özününkü” nü gətirməyə çalışır. Lakin burada da artıq dəyişiklər baş verir. Şirkətlər 5-6 il ilə müqayisədə daha açıq olmağa başlayırlar.

Bu il-onlayn təhsil ilidir: müxtəlif onlayn kurslar və s. Bu sektorda əmək haqları yüksək olmasalar da, bir çox maraqlı vakansiyalar var.

Digital və İT

Demək olar ki, bütün şirkətlər Digital və rəqəmsal transformasiyaya keçmək istəyirlər, lakin çoxları bunun nə olduğunu başa düşmürlər.

Digital-da aşağıdakı vakansiyalara tələbat güclüdür:

  • Proqramçılar
  • Data Sciense ilə bağlı olan hər bir şey (bu çətindir!)
  • Dizaynerlər
  • Redaktorlar
  • UX-mütəxəssislər
  • Analitiklər
  • Layout dizaynerləri

Dövlət şirkətlərinin tələbləri:

  • Müxtəlif qanun və məhdudiyyətlərdən xəbərdar olmaq
  • İdarəetmə bacarığı

İnternet marketinq sahəsində:

  • Analitiklər
  • Kontekst reklam üzrə mütəxəssislər

İri şəhərlərdə demək olar ki, bütün mütəxəssislərə tələbat olur.

2019-cu ildə çox da aktual olmayan peşələr:

  • Hüquqşünaslar
  • Tərcüməçilər
  • Menecerlər

Kursu necə seçmək lazımdır?

  • Kursu keçəcək insanlara diqqət edir. Bunlar 20 il bundan əvvəl müvəffəqiyyətli olan insanlar deyil, müasir praktiklər olmalıdır.
  • Kursda təcrübə çox olmalıdır. Əgər yalnız nəzəriyyəyə üstünlük versəniz, nə müsahibədə, nə də test tapşırığında müvəffəqiyyətli ola bilməyəcəksiniz.
  • Rəyləri oxuyun və analiz edin
  • Sertifikatlar. Hər şey kursun özündən asılıdır. Əgər kurs sənədləşmə tələb edən ixtisasartırma ilə bağlıdırsa, sertifikata ehtiyac ola bilər. HR ilk növbədə sənədi təsdiqə deyil, kursun “adına” və yerinə yetirdiyiniz test tapşırığın nəticəsinə baxır.

Daim bacarıqlarınızı təkminləşdirin, yeniləyin. Ən pis işçi – 20 il iş təcrübəsi olan, lakin yenilikləri öyrənmək istəməyən mühasibatçıdır.

Mənbə: Bizplus.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR