Dərc edildi: Baxış sayı: 640
2019-cu ildə ən çox smartfon satan şirkətlər
Nüfuzlu “Gartner” konsaltinq şirkəti bu il ən çox smartfon satmış şirkətlərin yeni reytinqini dərc edib.
Yenicag.az xəbər verir ki, analitiklərin məlumatına görə, 79,05 milyon qurğu satmış Cənubi Koreyanın “Samsung” şirkəti 2019-cu ilin üç rübünün göstəricisinə görə lider olub. Şirkətin mobil bazarda ümumi payı 20,4%-dir.
65 milyon smartfon satmış “HUAWEI” reytinqdə ikinci pilləni tutub. ABŞ hökuməti tərəfindən qoyulmuş sanksiyalara baxmayaraq, şirkətin smartfonlarının qlobal cihaz tədarükündə payı 17%-ə bərabər olub.
Reytinqdə üçüncü pillədə qərarlaşmış ABŞ-ın “Apple” şirkətinin satışları xeyli azalıb. İstehsalçı hesabat dövründə ötən illə müqayisədə 5 milyon daha az aparat satıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət