Slimfit
  1. AVTO VƏ MOTO

2018-in ən uğursuz avtomobil markaları bəlli oldu

2018-in ən uğursuz avtomobil markaları bəlli oldu
Sakura

2018-in ən uğursuz avtomobil markaları bəlli oldu

2018-ci ilin ən uğursuz avtomobilləri bəlli olub. Bizimyol.info xəbər verir ki, qiymətləndirmə SpeedMe.ru saytı tərəfindən həyata keçirilib və satış statistikasına əsaslanıb.

Antireytinqdə birinci yeri Land Rover Defender modeli tutub. Belə ki, il ərzində bu avtomobildən cəmi 10 ədəd satılıb.

Uğursuzluq siyahısının ikincisi Koreya istehsalı olan premium-sedan Genesis G90 olub. 2017-ci ildə 43164 ədəd satışa qarşı 2018-ci iləd bu avtomobilin satışı təqribən 4 qat azalaraq 10 min səviyyəsinə düşüb.

Uğursuzluq üzrə “bürünc medalçı” Koreya modeli olan SsangYong Actyon olub. İl ərzində bu modeldən cəmi 169 ədəd satılıb.

4-cü sırada Infiniti QX70 krossoveri dayanıb. Model uğursuz satış göstəriciləri üzündən Rusiya büzarını ümumiyyətlə, tərk eməyi qərara alıb. Yapon avtomobil istehsalçısı il ərzində bütün dünya boyunca cəmi 2289 ədəd QX70 sata bilib.

“Uğursuz beşliyi” Lincoln Continental sedanı qapadıb. Çin bazarında populyar olsa da, model il ərzində cəmi 8874 ədəd satışa imza atıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR