Slimfit
  1. MARAQLI

2018-ci ilin yadda qalan 12 foto və sənət əsəri

2018-ci ilin yadda qalan 12 foto və sənət əsəri
Sakura

Hondurasda keçirilmiş bir etiraz aksiyasında çəkilmiş fotodan tutmuş Banksy-nin doğranmış tablosuna…

Yatmaq sənəti

Hondurasın Tegucigalpa küçələrindən birində yanvar ayında çəkilən bir fotoda, prezident Juan Orlando Hernandezin yenidən seçilməsinə etiraz olaraq, polis kordonunun qarşısında yerə uzanmış bir gənc qadın görünür. Foto bu etiraz hərəkatının rəmzinə çevrilmişdi.

Van Gogh

Yuxarıdakı fotonu van Gogh-un bir əsəri ilə müqayisə etmək olar. 1890-cı ildə məşhur rəssam Vincent van Gogh bu əsərində çöldə, saman üstündə yatan fermerləri təsvir edib.

Rentgen cihazına girən çinli qadın

Rentgen üslubu

Çinin cənubunda, Dongguan dəmiryol stansiyasında bir qadın təhlükəsizlik yoxlaması zamanı çantasının rentgen cihazında itdiyini görərək həmin cihazın hərəkət edən zolağına dırmanır. Foto fevral ayında sosial mediada populyar olub.

Qədim rəsmlər

Bu foto isə Avstraliyanın Ubir bölgəsində çəkilib. Fotoda görünən rəsm minlərlə il bundan əvvəl yerli aborigenlər tərəfindən yaradılıb. Arxeoloqlar bu rəsmin "rentgen üslubunda" çəkildiyini qeyd edirlər.

SpaceX

Kosmik səyahət

Fevral ayında Elon Musk-ın SpaceX şirkəti fəzaya dünyanın ən güclü Falcon Heavy raketini göndərib. Həmin raket Musk-ın 2008-ci il buraxılışı olan Tesla Roadster idman avtomobilini də özüylə kosmosa daşıyıb. Avtomobildə sükan arxasında maneken olub.

NBA James Harden

NBA basketbolçusu

Aprel ayında Houston Rockets basketbol komandasının oyunçucu James Harden tarazlığını itirərək tamaşaçıların üstünə yıxılıb. Hadisə Minnesotada keçən bir basketbol matçında baş verib. Basketbolçunun düşdüyü vəziyyətin təsviri İntibah dövrünə aid olan bədii əsərlərdəki səhnələri xatırladır.

Rafael-in əsəri

Raphael-in "Transfiqurasiya" adlı bu tablosunda olduğu kimi…

Havay

Lava seli

Mayın 5-də Havayda son 40 ilin ən güclü zəlzələsi baş verib, Kilauea adlı vulkan püskürüb.

Vezuvi

Bu isə 18-ci əsrdə ingilis rəsamı Joseph Wright-ın İtaliyada Vezuvi vulkanının püskürməsini təsvir edən tablosudur.

leylək plastik torbalar

Plastik torbaya bürünmüş leylək

May ayında National Geographic-in təşəbbüsü ilə başlanmış plastik tullantılara qarşı kampaniya çərivəsində çəkilən bu şəkildə plastik torbaya bürünmüş leylək quşu lentə alınıb.

tablo

Bu görüntü, məşhur ingilis rəssamı Joseph Wright-ın 'Hava pompasında quş üzərində təcrübə" tablosunu xatırladır.

G7 zirvəsi

G7 zirvəsi

Bu foto iyun ayında G7 sammitində çəkilib. Bu şəkil ABŞ prezidenti Donald Trump ilə onun NATO müttəfiqləri arasındakı münasibətlərin nə vəziyyətdə olduğunu işıq salmış olur.

Bu görüntü, hollandiyalı rəssam Hieronymus Bosch-un "Hoqqabaz" tablosunu xatırladır.

Belçikalı Vincent Kompany və Yapon qapıçısı Eiji Kawashima

Universal din

Rusiyada keçirilmiş Dünya Kuboku matçlarından birində Yaponiya millisinin qapıçısı Belçika komandasının oyunçusu Vincent Kompany-nin havada vuruşunu əngəlləməyə çalışır.

John Singletonun tablosu

Petr David Josek-in çəkdiyi bu foto İsa Məsihin çarmıxa çəkiləndən sonra göylərə qalxdığını təsvir edən tablonu yada salır.

Amerika bayrağı

Yarıyadək endirilən bayraq

Avqust ayında ABŞ-da senator John McCain-in vəfat etməsilə bağlı Ağ Evdə dövlət bayrağı yarıyadək endirilib, sonra qaldırılıb və daha sonra yenə də endirilmişdi. Bu hərəkətlər prezident Trump-ın qarışıq göstərişlərinin rəmzi kimi yozuldu.

Emanuel Leutze-nin tablosu

ABŞ bayrağı sənət əsərlərində də müxtəlif vəziyyətlərdə əks olunub.

Fələstinli

Fələstinli nümayişçi

Bu fotoda bir əlində Fələstin bayrağı, digər əlində isə sapand olan fələstinli nümayişçi əks olunub.

Özgürlük - Delacroix

Həmin fotoşəkil Delacroix-un "Xalqa yol göstərən Azadlıq" tablosuna bənzədilir. Amma bu foto, eyni zamanda, qədim assuriyalıların daş lövhələrdə çəkdikləri sapandçı görüntülərini də xatırladır.

Engineered ArtsRobotun sazlanması

Engineered Arts adlı şirkətin hazırladığı robotun kəlləsində quraşdırılmış elektron birləşmələrinin yoxlanması zamanı çəkilmiş foto.

Bu foto əfsanələrdə bəhs edilən qədim Kipr heykəltaraşı Pygmalion-u xatırladır.

Əfsanəyə görə, heykəltaraş özünün yaratdığı qadın heykəlinə vurulur, bundan sonra isə həmin heykəl canlanaraq qadına çevrilir.

Banksy

Banksy-nindoğranan rəsmi

Küçə rəsmləri ilə məşhurlaşmış ingilis rəssamı Banksy-nin "Şarlı qız" əsəri hərracda 1,2 milyon avroya satıldığı elan olunduqdan dərhal sonra öz-özünə doğranır. Doğrayıcı alət şəklin çərçivəsində gizlədilmiş idi. Doğranmış rəsm isə yeni bir əsərə çevrilib: "Zibillikdə eşq".

Doğranmış tablo Maurits Cornelis Escher-in "Bond of Union" əsərini xatırladır.

'Bond of Union'

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR