Dərc edildi: Baxış sayı: 365
2018-ci ilin ən yaxşı memarlıq layihəsi məlum olub
Budapeştdə yerləşən etnoqrafiya muzeyinin binası 2018-ci ilin ən yaxşı memarlıq layihəsi adı uğrunda mübarizədə birinci olub.
“Report” xəbər verir ki, bu barədə daşınmaz əmlak sahəsində verilən "International Property Awards" beynəlxalq mükafatının saytında məlumat yerləşdirilib.
Müsabiqədə 115 ölkədən 1,7 minə yaxın layihə iştirak edib.
Ekspertlər tikiləcək binanın dinamik dizaynını və onun parkın təbiəti ilə harmoniya təşkil etməsini fərqləndiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət