Slimfit
  1. İDMAN

2018-ci ilin ən yaxşı bombardiri açıqlandı

2018-ci ilin ən yaxşı bombardiri açıqlandı
Sakura

2018-ci ilin ən yaxşı bombardiri açıqlandı

UEFA-nın keçirdiyi yığma və klub səviyyəli bütün turnirlərin ən yaxşı bombardiri açıqlanıb. Bu, Hollandiya millisinin və İngiltərənin "Çelsi" komandasının hücumçusu Dayşon Redandır. Redanın fevralda 17 yaşı tamamlanıb. O, il ərzində 19 qol vurub ki, bunlardan 8-i UEFA Gənclər Liqasında, 5-i Hollandiyanın U-19, 6-sı isə Avropa çempionu olan U-17 yığmasında qeydə alınıb. İkinci yeri Hollandiyanın U-17 millisinin digər üzvü Nikita Tromp tutub. "Ayaks"da çıxış edən forvard 15 qola imza atıb. Üçüncü pillədə isə 13 qolla Bosniya və Herseqovina millisi ilə İtaliya "Roma"sının ön xətt oyunçusu Edin Ceko qərarlaşıb. Qeyd edək ki, Dayşon Redan "Çelsi"yə 2017-ci ilin yayında "Ayaks"dan keçib. O, London komandasına UEFA Gənclər Liqasının finalınadək irəliləməkdə yardımçı olub.

 

Mənbə : Report.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR