Dərc edildi: Baxış sayı: 811
2018-ci ildə Zukerberqin təhlükəsizliyinə 20 mln. dollar xərclənib
"Facebook" 2018-ci ildə şirkət rəhbəri Mark Zukerberq və onun yaxınlarının təhlükəsizliyinin təmin edilməsinə 20 milyon dollara yaxın vəsait sərf edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Bu barədə məlumat "Facebook" şirkətinin ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyasına təqdim etdiyi sənəddə qeyd olunub.
Bildirilir ki, Zukerberq "Facebook"da fəaliyyətinə görə ilinə rəmzi olaraq 1 dollar alır, lakin şirkət, səlahiyyətlərini yerinə yetirən zaman onun xərclərini kompensasiya edir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət