2018-ci ildə satışa çıxacaq ən yaxşı 10 smartfon
“Ölkə.Az” xəbər verir ki, bu il bir çox mobil telefon satışa çıxarılacaq. Onlar arasında ən çox bəyənilənlərin siyahısını təqdim edirik.
iPhone SE 2
“Apple” bu il satışa təqdim edəcək. İyunayında “Worldwide Developers Conference 2018” çərçivəsində təqdimatı keçirilib.
Samsung Galaxy Note9
Cənubi Koreyadan verilən xəbərə əsasən, 24 avqust tarixində satışa çıxacaq. Texniki göstəriciləri: 6 GB/128 GB və 8 GB/256 GB’lık RAM-dir. 12 meqapisellik kamera, 2960x1440 piksel Super AMOLED ekranı var.
Moto Z3, Z3 Forse
2 avqust tarixində Çikakoqda “Motorola” şirkətinin təqdimat mərasimi keçiriləcək. Təqdimat zamanı “Z3” və “Z3 Forse” modelləri təqdim ediləcək. Telefonların qiyməti 500-700 avro arası dəyişir.
Google Pixel 3
Sentyabrın 3-ündə təqdim ediləcək. Əla dizayna sahibdir.
Xiaomi Mi Max 3
Bu ayın, yəni iyulun 19-u təqdim ediləcək. 7 düymlük ekrana və 20/12 meqapisellik cüt kameraya sahibdir.
Honor 10
“Huawei”in alt markasıdır. Yeni modeli “Honor 10” bu yaxınlarda satışa çıxacaq. Qiyməti 1000 manatdan bahadır.
Huawei Nova 3
“Huawei”in yeni admiral gəmisi olan Nova 3 iyulun 18-ində təqdim ediləcək. 6.3 düymlük ekran, 6 GB RAM və 64/128 GB-lik texniki göstəriciləri var.
iPhone X Plus
2018-ci ilin ikinci yarısında “Apple” şirkəti “iPhone”un 3 yeni modelini təqdim edəcək. “iPhone X Plus” modeli 6.5 düymlük OLED ekrana sahibdir.
iPhone 9
Sentyabr ayında “Apple” şirkəti “iPhone8”in davamı olan yeni bir smartfon təqdim edəcək. Ehtimal edilir ki, “iPhone9” modeli 6.1 düymlük LCD ekrana sahib olacaq.
iPhone XI
“Apple” şirkəti tərəfindən sentyabr-oktyabr aylarında təqdim ediləcək. “iPhone X” modelinin davamı kimidir. 5.8 düymlük OLED ekranı olacaq.
Hikmət Həsənov
Mənbə: Ölkə.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət