Slimfit
  1. TƏHSİL VƏ KARYERA

2018-ci ildə bu qədər azərbaycanlı ən məşhur universitetləri bitirib

2018-ci ildə bu qədər azərbaycanlı ən məşhur universitetləri bitirib
Sakura

2018-ci ildə bu qədər azərbaycanlı ən məşhur universitetləri bitirib

Bu il ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinə müraciət edən məzunlar sırasında dünyanın ən nüfuzlu ali məktəblərini bitirən Azərbaycan vətəndaşları da var. Fins.az xəbər verir ki, nazirlikdən Report-un sorğusuna cavab olaraq bildirilib ki, cari ildə Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu, Kembric Universiteti, Oksford Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Şərq Texniki Universiteti, Bilkent Universiteti və dünyanın digər aparıcı ali təhsil müəssisələri tərəfindən verilən diplomların nostrifikasiyası üzrə Təhsil Nazirliyinə 50-dən çox müraciət daxil olub.

Qeyd olunub ki, həmin müraciətlərin böyük əksəriyyəti müsbət cavablandırılıb, digər hissəsinin icraatı isə hələ davam edir: “Nəzərə alınmalıdır ki, hazırda həmin ali məktəblərdən məzun olmuş vətəndaşların müəyyən hissəsi xaricdə təhsillərini növbəti pillədə davam etdirir, təcrübə qazanır. Həmin şəxslər diplomlarının nostrifikasiyası üçün Təhsil Nazirliyinə hələ müraciət etməyiblər”.

Nazirlikdən həmçinin bildirilib ki, bu il nostrifikasiya üzrə daxil olmuş müraciətlər arasında xarici ölkələrin dövlət universitetlərindən məzun olanlar özəl universitetlərlə müqayisədə sayca üstünlük təşkil edib.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR