Slimfit
  1. TEXNOLOGİYA

2018-ci ildə Avropa bankları süni intellektə 3 milyard dollar xərcləyəcək

2018-ci ildə Avropa bankları süni intellektə 3 milyard dollar xərcləyəcək
Sakura

2018-ci ildə Avropa bankları süni intellektə 3 milyard dollar xərcləyəcək

“IDC” şirkətinin analitiklərinin proqnozuna görə, 2018-ci ildə Qərbi Avropa bankları süni intellekt sahəsində koqnitiv sistem və həllərə təxminən 3 milyard dollar xərcləyəcək ki, bu da ötən illə müqayisədə 43% yüksəkdir.
 
ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, onların sözlərinə görə, artmaqda olan investisiyalar maliyyə şirkətlərinin fırıldaqçılığın təhlili, məhsulların satışı üçün tövsiyələrin tərtib edilməsi, İT sistemlərinin avtomatlaşdırılmasında tez-tez süni intellekt həllərindən istifadə etməsini göstərir.
 
Qərbi Avropada cari ilin yekununa görə məhz banklar süni intellektə ən böyük  sərmayə yatırırlar.
 
Ekspertlərin gözləntisinə görə, 2018-ci ildə süni intellekt sahəsində koqnitiv sistem və həllər bazarının həcmi 24 milyard dollar təşkil edəcək, 2022-ci ildə isə bu göstərici 77,6 milyard dollara yaxınlaşacaq.
 
“PwC” şirkətinin proqnozuna görə, süni intellekt 2030-cu ildə dünya ÜDM-nin təxminən 14% (təxminən 15,7 trilyon dollar)-ni təşkil edəcək. Bu amil belə texnologiyaları indi sürətlə dəyişən iqtisadiyyatda ən böyük kommersiya imkanına çevirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR