19 il əvvələ aid olan dəb tendensiyaları bu il yenidən aktual olacaq
19 il əvvələ aid olan dəb tendensiyaları bu il yenidən aktual olacaq.
Publika.az modapərəstləri sözügedən trendlərlə tanış edir.
Mikro çantalar
2018-ci ildə demək olar ki, hər şeyin həcmli və geniş versiyaları dəbdə idi. 2019-cu ildə bu qayda əskinə olacaq. Xüsusilə çantaların mikro versiyaları ilə qarşılaşa bilərsiniz. Onlar 2019-un ən çox danışlışan trendləri arasında yerini almağa artıq tam hazırdır.
Kərəyağı sarısı
2019-cu ilin əsas trendi mərcan tonları olsa da, bu il sarının hakim olduğu stillər də nəzərə çarpacaq.
Dəbdən düşməyən dəstlər
Kostyumlar bu il də öz hakimiyyətini davam etdirəcək. Heç vaxt dəbdən düşməyən bu trend bu il də küçədə tez-tez rastımıza çıxacaq. Odur ki, qarderoba kostyum əlavə etmək barədə düşünməyə dəyər.
Jiletlər
İstər bol kəsimli, istərsə də beldə kip oturan jiletlər 2019-cu ildə öz sözünü deyəcək.
80-cı illərin qabarıq qollar
2018-ci ildə google üzərindən ən çox axtarılan trend 80-ci illərin dəb tendensiyaları olub. Moda sənayesi bu il 80-cı illərin qabarıq qol trendinə böyük yer verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət