Slimfit
  1. CƏMİYYƏT

200 min işsiz birdəfəlik ödəmə alıb

200 min işsiz birdəfəlik ödəmə alıb
Sakura

200 min işsiz birdəfəlik ödəmə alıb

Vətəndaşların rifahı naminə daha bir mühüm addım atıldı. Prezident İlham Əliyevin tapşırığı əsasında birdəflik ödəmə ala biləcək vətəndaşlarımızın sayı 600 minə çatdırılacaq. Bu qərarın daha bir əhəmiyyəti də var. Belə ki, bu proses aprel-may aylarını əhatə etsə də, növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq.

Birdəfəlik ödəmə alacaq vətəndaşların sayının 200 mindən 600 minə qədər artırılması ölkəmizdə tətbiq edilən sosial paketin davamlı olmasının göstəricisidir. Əmək və Əhalinin sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev deyir ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində birdəfəlik ödəmə alacaq şəxslərin sayının 3 dəfə artırılması mühüm addımdır.

Artıq aprelin 9-dan bu günə qədər 200 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.

Qeyd edək ki, 200 min vətəndaşa ödənilən maliyyənin miqdarı isə 38 milyon manat təşkil edib.

Mənbə: atv.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR