Slimfit
  1. DÜNYA

200 milyon uşaq aclıq və piylənmədən əziyyət çəkir

200 milyon uşaq aclıq və piylənmədən əziyyət çəkir
Sakura

200 milyon uşaq aclıq və piylənmədən əziyyət çəkir

Dünyada 5 yaşına qədər hər üç uşaqdan biri, təxminən 200 milyon uşaq aclıqdan və ya piylənmədən əziyyət çəkir.

Azvision.az xəbər verir ki, bu barədə UNİSEF-in hesabatında qeyd edilib. Hesabat əsasən, 6 aydan 2 yaşına qədər hər 3 uşaqdan 2-i sağlam qidalanmır, onların böyüməsi və inkişafı üçün zəruri maddələri qəbul etmir.
Bu, uşaqların immunitetinin aşağı düşməsinə, infeksiyalara qarşı həssaslıq, öyrənmə qabiliyyətinin azalması və intellektual inkişafın ləngiməsi kimi problemlərə yol aça bilər.

Hesabata görə, dünyada 5 yaşdan balaca 150 milyon uşaq lazımı qədər qidalanmadığı üçün inkişafdan geri qalır, 50 milyon uşaq isə az çəkilikdən əziyyət çəkir. Bu yaşda olan 40 milyon uşaq düzgün qidalanmadığı üçün piylənmə problemi ilə üzləşir.

Ekspertlər hesab edirlər ki, qidalanma problemi uşağın ilk ayından başlayır. Belə ki, yeni doğulan uşaqların yalnız 42 faizi ana südü ilə qidalanır. Brazilya, Çin, Türkiyə kimi orta gəlirli ölkələrdə körpələrə uşaq qidalarının verilməsi son 5 ildə 72 faizə qalxıb.

6 aydan 2 yaşına qədər uşaqların 60 faizi yumurta, süd məhsulları, ət və balıq yemir. Məktəb yaşlı uşaqlar isə yarımfabrikatlardan və “fastfood”lardan istifadə edir. Aşağı gəlirli ölkələrdə məktəblilərin 42 faizi hər gün şirin qazlı içkilər içir, 46 faizi həftədə bir dəfə “fastfood” yeyir. Yüksək gəlirli ölkələrdə bu göstərici müvafiq olaraq 62 və 49 faizdir.

Ekspertlər bildirir ki, 2000-2016-ci illərdə artıq çəkidən əziyyət çəkən uşaqların sayı 2 dəfə artmışdısa, bu gün 5-19 yaş arası uşaqların hər beşindən biri piylənmədən əziyyət çəkir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR