Slimfit
  1. MƏDƏNİYYƏT

200-dən çox qədim əşya nümayiş olunub - Sərgi

200-dən çox qədim əşya nümayiş olunub - Sərgi
Sakura

200-dən çox qədim əşya nümayiş olunub - Sərgi

Xaçmaz rayon Heydər Əliyev Mərkəzində milli dəyərlərimizi, adət-ənənələrimizi təbliğ etmək məqsədi ilə "Tariximizi yaşadaq" mövzusunda sərgi-tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti nümayəndələri, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov, mədəniyyət, təhsil və digər sahələrdə çalışan əməkdaşlar iştirak edib. Sərgidə 200-dən artıq əşya nümayiş olunub.

Bunlarından əksəriyyəti milli geyimlər, baş örtükləri, qədim toxuculuq nümunələri olan müxtəlif tikmələr, mis qablar yer alıb. Öncə sərgiyə baxış keçirilib. Sonra tədbiri giriş sözü ilə Mərkəzin direktoru Könül Əsgərova açaraq sərginin mahiyyətindən danışıb, burada nümayiş etdirilən hər bir əşyanın özünəməxsus və qədim tarixə malik olduğunu vurğulayıb.

Tədbir Xaçmaz rayon Uşaq İncəsənət Məktəbinin şagirdlərinin rəqs və Xaçmaz Mədəniyyət Mərkəzinin "Buta" folklor qrupunun musiqi nömrələri ilə davam edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR