Slimfit
  1. SİYASƏT

20 Yanvar qırğınına rəhbərlik etmiş şəxslərdən biri öldü

20 Yanvar qırğınına rəhbərlik etmiş şəxslərdən biri öldü
Sakura

20 Yanvar qırğınına rəhbərlik etmiş şəxslərdən biri öldü

1985-1991-ci illərdə SSRİ-nin keçmiş baş naziri olmuş Nikolay Rıjkov 95 yaşında vəfat edib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Federasiya Şurasının sədri Valentina Matvienko özünün “Telegram” kanalında məlumat verib.

Qeyd edək ki, N.Rıjkov 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsi qərarını verən şəxslərdən biridir.

“Bakıya ordu hissələrini yeritmək qərarı Mixail Qorbaçovun kabinetinə birgə qəbul olunub. İclasda SSRİ Ali sovetinin sədri Anatoli Lukyanov, müdafiə naziri Dimitri Yazov, DTK-nın sədri Kryuçkov, DİN naziri Bakatin və mən iştirak etmişik”, - deyə Rıjkov qətliam barədə danışarkən bildirib.

Heç bir rəsmi fərman olmadan keçirilən bu hərbi əməliyyata rəhbərlik etməsinə gəlincə, Rıjkov siyasətlə məşğul olmadığını, ancaq “məsələni həll etdiyini” demişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR