Slimfit
  1. SİYASƏT

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiqlənib

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiqlənib
Sakura

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiqlənib

Təhsil naziri Ceyhun Bayramov “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı”nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirlər planına görə, yanvarın 17-də təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan xüsusi dərs keçiriləcək. Təhsil müəssisələrində yanvarın 7-dən 19-dək konfrans, seminar, mühazirə və dəyirmi masalar təşkil ediləcək. Bundan başqa, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyalarının təşkil edilməsi nəzərdə tutulur.

Həmçinin Bakı şəhərində və respublikanın bölgələrində şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, şəhidlər xiyabanlarına təhsil işçilərinin, şagird və tələbələrin ziyarəti təşkil olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR