Dərc edildi: Baxış sayı: 600
20 dəqiqə ərzində cavabı məlum olan koronavirus testi hazırlanıb
Avstraliyada 20 dəqiqə ərzində cavabı çıxan koronavirus testi hazırlanıb.
Ens.az “Report”-a istinadən xəbər verir ki, Monash Universitetinin alimləri testin aparılması üçün 25 ml qan nümunəsi lazım olduğunu bildirib.
Məlumata görə, bu testlə analiz götürülən şəxsin koronavirus xəstəsi olub-olmaması və ya qısa müddət öncə bu xəstəliyi keçirib-keçirmədiyi müəyyənləşəcək.
Test antikorların antigenlərlə bağlanmasına əsaslanır. Qeyd edilib ki, bundan koronavirusa qarşı vaksinin cavabını müəyyənləşdirməkdə də istifadə ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət