2 otaqlı mənzillərin kirayə haqqlarına görə dünyanın ən bahalı 24 şəhəri
Dünyanın harasında yaşamağınızdan asılı olmayaraq, mənziliniz yoxdursa, kirayə haqqı aylıq xərcləmələrinizdə böyük paya sahib olacaq.
Dünyanın böyük şəhərlərində 2 otaqlı mənzillərin ortalama aylıq kirayə haqqlarına baxan zaman məlum olur ki, bu rəqəm Hindistanın Banqalor şəhərində 300 dollardan Honq Konqda 3700 dollara qədər dəyişir.
Bu barədə məlumat “Deutsche Bank” Bazar Araşdırmasının yeni hesabatında yer alıb.
Hesabatda ilk yeri tutan Honk Konq ötən ilki hesabatda San Fransiskodan sonra 2-ci pillədə idi. Yeni Zellandiyanın paytaxtı Vellinqtonda mənzillərin qiyməti bir il ərzində 28% artdığına görə, bu şəhərdəki mənzillərin kirayə haqqları artmış və hesabatda 5 pillə irəliləmişdir.
Hesabat kirayə haqqlarını Expatistan adlı veb saytdan götürür.
Aşağıda mənzillərin kirayə haqqlarına görə ən bahalı 24 şəhərini təqdim edirik.
Qeyd: kirayə haqqları ABŞ dolları ilə verilmişdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət