Dərc edildi: Baxış sayı: 459
2 min insan Zelenskinin ofisi qarşısına toplaşdı
Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi qarşısında 2 minə yaxın insan “Ştaynmayer formulu”nun imzalanmasına görə etiraz aksiyası keçirib.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Müstəqillik meydanında başlayan aksiyada etirazçılar bir sıra tələblər irəli sürüblər.
Tələblər arasında Ukraynanın təslim olmasına icazə verilməməsi, Donbasdakı hərbi qüvvələrin geri çəkilməməsi, həmçinin ölkənin suverenliyini məhdudlaşdıran hər hansı xüsusi rejimə qadağa qoyulması və s. yer alıb.
Qeyd edək ki, V.Zelenski Donbas münaqişəsini nizamlanması ilə bağlı “Ştaynmayer formulu”na razılıq verdiklərini açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət