Slimfit
  1. DÜNYA

2 min 100 illik qızıl tabut Misirə qaytarıldı

2 min 100 illik qızıl tabut Misirə qaytarıldı
Sakura

2 min 100 illik qızıl tabut Misirə qaytarıldı

2 min 100 illik antik tabut Misirdə sərgiyə çıxarılıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, tabut paytaxt Qahirədə, Misir Beynəlxalq Muzeyində sərgilənib. Antik Misir tanrılarından Xerişefin yüksək rütbəli rahibinə aid olan bu tabut ziyarətçilərin böyük marağına səbəb olub. Təxminən 2 metr uzunluğunda olan antik tabutun gələn il Böyük Misir Muzeyində də sərgilənəcəyi bildirilib.

Qeyd edək ki, Misirdəki 2011-ci il çevrilişindən sonra oğurlanan və Birləşmiş Ərəb Əmirliklərinə qaçırılan tarixi əsər Almaniyaya aparılmışdı. Daha sonra tabut Parisli bir şəxs tərəfindən 2017-ci ildə Fransada bir muzeyə satılmışdı. Bundan sonra ABŞ-ın Nyu-York şəhərindəki Metropalitano Sənət Muzeyinə gətirilən tabut Misir dövlətinin məhkəməyə baş vurmasından sonra ötən günlərdə ölkəyə qaytarılmışdı.

 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR