Slimfit
  1. AVTO VƏ MOTO

Ё - МОБИЛЬ

Ё - МОБИЛЬ
Sakura

Ё - МОБИЛЬ HAQQINDA

Ё-моби́ль(az. Yo-mobil) - konstruksiyasında generatordan birləşmiş enerji təchizatı ilə elektrik ötürülməsi, qaz-benzin daxili yanma mühərriki və enerji tutumlu Rusiya hibrid avtomobil layihəsidir. Belə bir sxemdən istifadə etməklə Yo-krossover tam ötürücülük bazasına malik olacaqdı. Avtomobilin konstruksiyasının əsasında polad rama yerləşir, ban isə termoformlu ABS plastik və polipropilendən hazırlanmalı idi.

İstehsalçıların açıqlamalarına görə 2015-ci ilin əvvəlində avtomobillərin sənaye istehsalı planlaşdırılırdı, avtomobilin dəyəri isə, konfiqurasiya baxımından 450 mindən 490 min rubla qədər təşkil edirdi. Daha əvvəl 2012-ci ildə istehsalın başlanması və qiymətinin 360 min rubl olacağı açıqlanmışdır.

Anonim mənbəyə əsasən, 2014-cü ilin fevral ayında layihə bağlanıb. Eyni zamanda, ONEXIM nümayəndələri avtomobilin sertifikatlaşdırılmasının 2014-cü ilin payızında baş verəcəyini iddia etdi.

7 aprel 2014-cü ildə, layihənin faktiki bağlanması ilə bağlı ONEXIM tərəfindən bütün texnologiyanın 1 avroya dövlət institutu olan "Mərkəzi avtomobil elmi-axtarış və avtomühərrik institutu"(MAEAİ)-na köçürülməsi və Sankt-Peterburqda sexlərin satılması məqsədi ilə bir məqalə nəşr olunmuşdur.

TARİXİ

Şəhər hibrit avtomobilin hazırlanması “YAROVIT Motors” şirkəti tərəfindən başlanmışdır.

2010 – cu il

12 aprel tarixində Rusiyanın "ONEXIM investisiya qrupu" və Rusiya-Belarus "YAROVIT Motors" şirkəti sərnişin avtomobillərinin birgə istehsalının ilk təqdimatını keçirərək layihənin başlanğıcını elan etdi. Onun həyata keçirilməsi üçün "Şəhər avtomobili" MMC yaradıldı, hansı ki, burada "ONEXIM" şirkətinin iştirak payı 51%, "YAROVIT" şirkətinin iştirak payı 49% təşkil edir. Layihə təxmini büdcəsi (kütləvi istehsalın başlamasından əvvəl) 150 milyon avro idi.

12 oktyabr tarixində yeni avtomobillərin ikinci təqdimatı baş tutdu. İlkin eskizlərlə müqayisədə onların yığım və dizayn həlləri əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Eyni platformada yaradılmış iki dörd yerli variant göstərildi. Birincisi - ailə istifadəsi üçün nəzərdə tutulmuş bir şəhər heçbeki. İkincisi - gənclərə yönəlmiş kiçik kross - idman - kupesidir. Avtomobilin xarici və daxili hissələrinin hazırlanması ilə Andrey Trofimçuk məşğul olurdu. Beş yaşlı "Rusiya Avtomobil Dizaynı" layihəsi kimi, məşhur Belarus dizayneri Vladimir Tsesler iki rəngdən istifadə etmək təklifini irəli sürdü, bunlardan biri dəyişməz olan - fil sümüyü rəngidir. Bu bir korporativ üsluba çevriləcək və hibridliyin fəlsəfəsini simvollaşdırmalıdır - bir məqsədə nail olmaq üçün müxtəlif yanacaq növlərindən istifadəsi: elektrik enerjisinin əldə edilməsi.

Noyabrın 9-da "Şəhər avtomobili mənim adlandırmamda" müsabiqəsi yekunlaşdı və yekun adlandırma elan olundu - "Yo-mobil". Şirkətin loqosu da açıqlandı. Adı və loqonun müəllifi Vladimir Tsesler oldu.

13 dekabrda, əvvəlcədən nəzərdə tutulduğu kimi, Rusiya ban atelyeləri - yo-mikroven və yo-furqon (Cardi şirkəti), eləcə də yo-kross-kupe ("Rusiya Avtomobil Dizaynı" firması) tərəfindən hazırlanmış üç özüyeriyən prototip təqdim edilmişdir. Təcrübə banları yalnız təqdimat məqsədi üçün yaradıldığından, onlar sadə polad çərçivələrə quraşdırılmışdır və Almaniyanın Weber şirkətinin iki silindrli dörd dövrəli MPE 750 mühərriklərindən istifadə edilmişdir. Eyni zamanda, yo-mobil layihəsinin detallarını əks etdirən slayd şou göstərildi.

2011 – ci il

Fevralın 8-də Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının(RSSİ) baş redaktorlarının Klubunda Mixail Proxorov bildirdi ki, 2012-ci ilin may ayında yo-mobillərin sertifikatlaşdırılmasının həyata keçirilməsi planlaşdırılır. Həmçinin, Proxorov gələcək hibridlər üçün yeni qiymət aralığını da səsləndirdi: 320 min rubldan 12 min avroya qədər (təxminən 480 min rubl). Beləliklə, ilk növbədə nəzərdə tutulmuş maşınların qiymətinin açıqlanması hər iki tərəfdə 30 min rubla qədər böyümüşdür.

Fevralın 21-də "Yo-Avto"nun rəsmi bloqunda "yo-kross-kupenin optimallaşdırılmış versiyası" təqdim olundu. Banın emalı zamanı əsas diqqət sərnişinlərin rahatlığını artırmağa yönəlmişdir: ilk təkər bazasını saxlayaraq, avtomobil beş qapılı və beş nəfərlik ("kupe" olmasına baxmayaraq) oldu. Yük bölməsinin həcmi 450 litrə (əvvəlki 400-ə qarşı) çatdırıldı, arxa oturacaqları aşağı salınmış vəziyyətində 1100 litrə qədər artır. Banın uzunluğu 4100 mm-ə, hündürlüyü 1550 mm-ə qədər, yerdən hündürlüyü 210 mm-ə (əvvəlki göstəricilər 4062, 1495 və 200 mm) qədər artırılmışdır.

1 aprel 2011-ci ildə Rusiyanın Baş naziri Vladimir Putin avtomobili (iki silindrli Weber mühərriki ilə prototip) sınadı. O, özünün Novo-Oqaryovodakı iqamətgahından Rusiya prezidenti Dmitri Medvedevə göstərmək üçün yüksək texnologiyalar və yeniliklər üzrə hökumət komissiyasının iclası keçirilmiş Qorki-9 dövlət iqamətgahına yürüş etdi.

13 aprel 2011-ci ildə Smolni şəhərində imzalanmış müqaviləyə əsasən, "Yo-Avto" zavodu "Marino" sənaye parkında yaranacaq. 1 sentyabr 2012-ci ildə zavodun birinci mərhələsi ildə 45 min yo-mobil istehsal etməyə imkan verəcək. Zavodun ikinci mərhələsinə başlayandan sonra istehsal həcminin iki qat artacağı gözlənilir. Meydançada zavodun üç istiqamətdə tikilməsi planlaşdırılır: "Yo-Avto", "Yarovit-motors" hibrid yük maşınları , avtomobillər üçün aqreqat zavodu (perspektivdə). Sonuncunun köməyi ilə şirkət gələcəkdə maşınların satın alınmış hissələrini özününkü ilə əvəz etməyi və maşının lokallaşdırılmasını 90% -ə çatdırmasını gözləyir.

16 may 2011-ci ildə "Yo-Avto" şirkətinin veb-səhifəsi istifadəyə verilmişdir, burada yo-mobil model cərgəsində olan avtomobillər üçün qeyri-məcburi sifarişlərin qəbulu başladı. Ərizələrin qəbul olunduğu ilk gündə, onların sayı 50 mindən çox oldu. Şirkətin nümayəndələrinin dediyinə görə, əvvəlcədən sifariş yo-mobilin alınması üçün müqavilə deyildi və bununla da ödəniş etmək lazım deyildi. Lakin əvvəlcədən sifariş qeydiyyatı müştərilərə kütləvi istehsalın başlamazdan əvvəl bir avtomobilin alınması üçün müqavilə imzalamaq imkanını təmin edir. Həftə boyunca, ərizələrin ümumi sayı 100 min ədədi keçdi. Avtomobillərin tipinə görə aşağıdakılar paylanmışdı: krossover modeli üçün 84%, mikroven üçün 14%, furqonlar üçün 2%.

May ayında Mixail Proxorov "yo-mobil" in ilk qəza sınağının 2011-ci ilin payızında keçiriləcəyini bildirdi. O, qeyd etdi ki, bu ilin payızında ilk dəfə qəza sınaqlarına göndəriləcək 40 hibrid avtomobil istehsal olunacaq. Artıq bu yay "yo-mobil" mühərrikinin ilk resurs sınaqları tamamlanmalıdır. Ancaq Andrey Biryukov iyul ayında kompüter qəza sınaqlarının başa çatdığını və fiziki məhv yalnız son istehsal texnologiyasından istifadə edərək seriyalı istehsal üçün hazırlanmış bir avtomobilin yığılacağı və bu 2012-ci ilin sonuna planlaşdırıldırılır.

İyunun 8-də Sankt-Peterburqun Petrodvortsovıy rayonunun "Maryino" sənaye parkında 45 min yo-mobil istehsalı üçün ilk zavod tikilib. Gələcəkdə Rusiya ərazisində beş əlavə yığılmama yerləri açılacaq. Həm də ildə 100 min avtomobilin hissəsini təmin etmək üçün nəzərdə tutulmuş avtomobil istehsalı üçün yeni bir zavodun qurulması planlaşdırılır. İlk təməl qoyulmada Mixail Proxorov və Sankt-Peterburq şəhərinin qubernatoru Valentina Matviyenko iştirak etdi. Zavodun ilk növbədə sərmayəsi 142 milyon avro təşkil edirdi.

"Yo-Avto" şirkətinin direktoru Andrey Biryukov bildirdi ki, ZİL zavodu yo-mobillərın yığılması üçün ikinci istehsal sahəsinə çevrilə bilər.

2011-ci ilin avqust ayında Frankfurt avtosalonunda keçiriləcək kompakt krossoverin yenilənmiş modelinin təqdimatı elan edildi. Yenilənmiş krossover modelinin təqdimatı ərəfəsində, kross-kupe avtomobilləri ilk dəfə olaraq "Yo-Avto" zavodunun konveyerindən çıxacaq.

2012 – ci il

Fevralın 3-də "yo-krossover" in salon hissəsinin şəkilləru göstərildi. 2012-ci ilin sentyabr ayında "Yo-Avto" şirkətinin yeni baş direktoru əvəzinə, yəni Andrey Biryukovun yerinə şirkətin baş konstruktoru Andrey Qinzburq təyin edildi. "Onexim" qrupunun baş direktoru Dmitri Razumovun verdiyi məlumata görə, dəyişikliklər "Yo-mobil" layihəsinin vaxtı ilə bağlıdır. Razumov həmçinin avtomobilin kütləvi istehsalının 2-2,5 ildən sonra başlayacağına söz verib.

2013 – cü il

İyunun 21-də Mixail Proxorov yeni Yo-mobili geniş ictimaiyyətə göstərdi. Bu, Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) zamanı baş verdi. Eyni zamanda, fotoşəkilləri və ilk seriya öncəsi nümunəsinin videoları mediada yayıldı.

4 və 5 iyul tarixlərində, əvvəlcədən planlaşdırıldığı kimi, Moskva vilayətindəki MAEAİ (Mərkəzi avtomobil elmi-axtarış və avtomühərrik institutu) tərəfindən Yo-mobil hibrid krossoverinin təqdimatı keçirildi. Mühərriki 75 at gücü, 1.4 litr həcmli italyan şirkəti Fiat tərəfindən istehsal edilmiş mühərriki təchiz edilmiş beş prototip təqdim edilmişdir.

2014 – cü il

Dekabrın 1-də Mixail Proxorov LDPR partiyasının lideri Vladimir Jirinovskiyə "yo-mobil"in nüsxəsini təqdim etdi. Yo-Crossback EV adını almış bu maşın, dörd nüsxədə hazırlanmışdır, dizayn etibarı ilə ötən illərin "yo-mobil" versiyalarından fərqlənirdi. Yo-Crossback EV üç qapılı orijinal görünüşü olan bandan ibarət idi, güc qurğusu hibrid deyil, elektrikli idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR