Dərc edildi: Baxış sayı: 1033
"190 manata ehtiyacı olan şəxs niyə aylıq 250 manatlıq iş istəməsin ki?" - NAZİR
“190 manatdan imtina alan və şikayət edən kifayət qədər insan var”.
Ens.az Konkret.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, son üç ayda 20 minə yaxın şəxs 190 manatın onlara da verilməsi ilə bağlı yenidən müraciət edir:
“Biz onlara ictimai işləri təklif etdik. Lakin bunların heç 1 faizi bununla razılaşmır. Aztəminatlı olan və 190 manata ehtiyacı olan şəxs niyə aylıq 250 manatlıq maaşla iş istəməsin ki?”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət