Slimfit
  1. CƏMİYYƏT

190 manat üçün müraciətdə bu rayonların növbəsidir

190 manat üçün müraciətdə bu rayonların növbəsidir
Sakura

190 manat üçün müraciətdə bu rayonların növbəsidir

Xəbər verdiyimiz kimi, birdəfəlik ödəməni (190 AZN) almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günləri qrafikə bölünüb.

Qafqazinfo” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, həmin qrafikə uyğun olaraq bu gün Bakı ərazisində Səbail, Xəzər, Pirallahı rayonları, bölgələrdə isə Ağdam, Füzuli, Mingəçevir, Bərdə, İmişli, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Ucar, Tərtər, Qobustan, Naftalan şəhər və rayonlarında elektron müraciət qaydası ilə işsiz şəxslərin elektron qaydada qeydiyyatlarına start veriləcək.

İşsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. http://sosial.gov.az/post/3320

Bildirilib ki, 12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.

İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyata alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.

Qeyd edək ki, artıq 2 gündür ki, 20 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR