Slimfit
  1. İQTİSADİYYAT

190 manat SMS-ləri: maşını yoxdur, ancaq imtina gəlir... – Səbəb

190 manat SMS-ləri: maşını yoxdur, ancaq imtina gəlir... – Səbəb
Sakura

190 manat SMS-ləri: maşını yoxdur, ancaq imtina gəlir... – Səbəb

Heç cür mümkün deyil ki, kiminsə adına avtomobil olsun və onun bundan xəbəri olmasın. Kiminsə adına avtomobil keçirmək üçün prosesdə şəxsin özü də mütləq şəkildə iştirak etməlidir.

Bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı 190 manat üçün müraciət edən şəxslərdən bəzilərinə özünün və ya həyat yoldaşının adına nəqliyyat vasitəsinin olması ilə bağlı gələn SMS haqda danışarkən deyib. E.Muradlı bildirib ki, birinin adına avtomobil keçirmək elə də asan proses deyil:

“Maşını olmadığı halda bir çoxuna gələn bu SMS-lər olduqca əhəmiyyətlidir və diqqətli olmaq lazımdır. Bir çoxunun təəccübünə səbəb olub ki, mənim və ya həyat yoldaşımın adına nəqliyyat vasitəsi olmadığı halda bu cür mesaj necə gələ bilər. Burada diqqət edilməli məqam ondan ibarətdir ki, həqiqətən də kiminsə avtomobili sizin adınıza ola bilər və siz bunu unuda bilərsiniz. Bir çox hallarda olur ki, rayonda yaşayan biri Bakıda avtomobil alır və maşında Bakı nömrəsi saxlamaq üçün onu şəhər qeydiyyatında olan dostun, tanışın, qohumun adına keçirir. Bu kimi hallar dəfələrlə təkrarlanıb. Hətta belə problemlə bağlı məhkəmə prosesləri də olub”.

E.Muradlı bildirib ki, bu kimi şübhəli məqamlarda vətəndaş Daxili İşlər Nazirliyinə, Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilər:

“Müraciət zamanı sistemdə həmin şəxsin adına avtomobil olub-olmadığını müəyyən etmək, avtomobil nə vaxt, hansı ildə alınıb, kim alıb, müəyyən etmək mümkündür. Bu SMS-lərdən narahatlığı olan istənilən vətəndaş DİN-ə və BDYPİ müraciət edib, dəqiqləşdirə bilər. Həmçinin ərazi üzrə Polis İdarəsinə rəsmi qaydada məlumat vermək olar”.

Xatırladaq ki, 190 manat üçün müraciət edənlərin bir çoxuna özünün və ya həyat yoldaşının adına bir neçə nəqliyyat vasitəsi olduğu üçün imtina cavabı verilib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR