Slimfit
  1. İQTİSADİYYAT

190 manat ala bilməyənlərin diqqətinə

190 manat ala bilməyənlərin diqqətinə
Sakura

190 manat ala bilməyənlərin diqqətinə

Birdəfəlik müavinətlə bağlı müraciət edib,mənfi cavab alanların əksəriyyətinə səbəb kimi mülkiyyətlərində pay torpaqlarının olması göstərilir. Amma bu şəxslərin çoxu həmin pay torpaqlarından istifadə etmədiklərini deyirlər. Dövlət Məşğulluq Xidməti daha hansı hallarda insanlara bu müavinətlərin verilməməsinə aydınlıq gətirib. Birdəfəlik müavinət adında pay torpağı olan şəxslərə şamil olunmur.

Axar.az xəbər verir ki, bu barədə danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Xəzər xəbər-ə açıqlamasında bildirib ki, onlara ən çox ünvanlanan suallardan biridə məhz pay torpaqları ilə bağlıdır.

Əsmər Nəcməddinqızının sözlərinə görə, bütün bu proses məşğulluq haqqında qanunla tənzimləndiyi üçün həyatyanı torpaq sahəsi istisna olmaqla, mülkiyyətində pay torpağı, habelə mülkiyyətində kənd təssərrüfatı təyinatlı torpaq sahələri olduğu halda onlar birdəfəlik müavinətin əhatə dairəsinə düşmürlər. Bu icarəyə götürülmüş torpaq sahələri üçün də keçərlidir.

Digər bir məqam isə ailədə yetkinlik yaşına çatmış işsiz olan övladların bu müavinətləri ala bilməsi ilə bağlıdır. Xidmət sözçüsünün sözlərinə görə, 18 yaşından yuxarı işsiz olan bu şəxslər birdəfəlik müavinətlərdən faydalana bilərlər.

Əsmər Nəcməddinqızı həmçinin başqa bir sıra məqamlarda vətəndaşlara imtina gəlmə səbəblərini açıqlayıb.

Qeyd edək ki, bu gün daha 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb. Vətəndaşlar müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə sms göndəriləcək. Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, sms-də "azərpoçt" mmc qeyd edilibsə, istənilən poçt şöbəsinə, sms-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR