Slimfit
  1. CƏMİYYƏT

190 manat ala bilməyənlərə nazirlikdən iş təklifi

190 manat ala bilməyənlərə nazirlikdən iş təklifi
Sakura
:0

190 manat ala bilməyənlərə nazirlikdən iş təklifi

"190 manat birdəfəlik ödəniş üçün müraciət edib, imtina qərarı alan şəxslərlə fərdi qaydada işləyəcəyik".

Ens.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Onun sözlərinə görə, həmin şəxslərin məşğulluq imkanlarının araşdırılması və əmək bazarına qaytarılması üçün proqramlar hazırlanır:

“Bizim 50 minə yaxın ictimai ödənişli vakant iş yerləri mövcuddur və onları işə həqiqətən ehtiyacı olanlara təklif edəcəyik”.

A.Əliyev bildirib ki, 190 manat üçün müraciət edib, imtina qərarı alan bir çox şəxslərə ictimai işlər təklif olunsa da, onlar imtina edirlər:

“Demək, onun hər hansı gəliri var və buna əlavə gəlir kimi baxır. Ehtiyacı olan vətəndaş bu işi qəbul etməlidir. İctimai ödənişli işlərdən imtina edənlərin işsiz statusu ləğv edilir”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR