Slimfit
  1. TARİX

19-cu əsrin Britaniya ensiklopediyası -Qarabağın müsəlman əhalisi haqqında

19-cu əsrin Britaniya ensiklopediyası -Qarabağın müsəlman əhalisi haqqında
Sakura

19-cu əsrin Britaniya ensiklopediyası -Qarabağın müsəlman əhalisi haqqında

1838-ci ildə Britaniyanın "Society for the Diffusion of Useful Knowledge" Cəmiyyəti (1826-1848) "Penny cyclopædia" ensiklopediyasını nəşr etdirib. Həmin ensiklopediyada təqdim olunan məlumatlardan görünür ki, Qarabağın müsəlman əhalisi ermənilərdən təxminən 10 dəfə çoxdur. İngilis mənbəsi, eyni zamanda əhalinin Qarabağan İrana kütləvi axınının olduğunu və həmin vaxtda paralel olaraq Rusiya hakimiyyəti tərəfindən ermənilərin Qarabağ torpaqlarına məskunlaşdırılmasının aparıldığını qeyd edir:

1832-ci ildə rəsmi gəlir hesabatına görə, Qarabağ əhalisi, bəzi nestorilər və qaraçılardan əlavə 13.965 müsəlman və 1491 erməni ailəsindən ibarət idi. Qarabağın əhalisinin azlığını, baş verən müharibələrin vilayətə uzun müddətli təsiri, Rusiyaya qoşulduqdan sonra bir çox müsəlman ailələrin İrana mühacirəti ilə izah edilə bilər, baxmayaraq ki, Türkmançay müqaviləsi bağlandıqdan sonra Rusiya hökuməti bir çox erməniləri İrandan Qarabağa köçməyə vadar etdi.

[«The penny cyclopædia» [ed. by G. Long]., Society for the diffusion of useful knowledge, 1838]

Mənbə: Алхайд

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR