Dərc edildi: Baxış sayı: 638
188 nəfərlik təyyarənin tək sərnişini oldu
Litvalı Skrimantas Strimaitis İtaliyaya uçan 188 nəfərlik təyyarənin tək sərnişini kimi tarixə düşüb. FaktXeber.com-un verdiyi məlumata görə, hava gəmisində ondan başqa ancaq pilotlar və heyət üzvləri olub.
Strimaitisin özü iki saatdan artıq çəkən səfəri həyatda bir dəfə yaşana biləcək təcrübə kimi qeyd edib.
Məlumata görə, Novaturas səyahət şirkəti təyyarəni İtaliyadakı bir dəstəni Litvaya geri gətirmək üçün yollayıb. Qayıdışda təyyarənin boş olmaması üçün tək istiqamətə bilet satışı həyata keçirib. Strimaitis isə bilet alan tək sərnişin olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət