Dərc edildi: Baxış sayı: 530
18 yaşlı futbolçu dünya çempionatının oyununda 9 qol vurdu
20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatı davam edir.
Qol.az-ın məlumatına görə, mundialın 3-cü turunda maraqlı nəticə qeydə alınıb.
C qrupunda Norveç Hondurasa 12 cavabsız qolla qalib gəlib. Komandanın 9 qolunu isə 18 yaşlı hücumçu Erlinq Braut Holann vurub. "Zalsburq"da çıxış edən oyunçu 7, 20, 36, 43, 50, 67, 77, 80 və 90-cı dəqiqələrdə fərqlənib. Bununla da, o, bombardirlər siyahısında ilk pilləyə yüksəlib.
Honduras yığması 57-ci dəqiqədə Aksel Qomes, 90+2-ci dəqiqədə isə Everson Lopesin meydandan qovulması səbəbindən oyunu 9 futbolçu ilə başa vurub.
Qeyd edək ki, bu, Norveçin ilk və yeganə qələbəsi olub. Komanda Hondurası keçərək qrupu 3-cü pillədə başa vurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət