Slimfit
  1. HÜQUQ VƏ FƏLSƏFƏ

18 yaşına çatmamış uşağın ad-soyadı dəyişdirilə bilərmi?

18 yaşına çatmamış uşağın ad-soyadı dəyişdirilə bilərmi?
Sakura

18 yaşına çatmamış uşağın ad-soyadı dəyişdirilə bilərmi?

Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfəki mövzumuz ad-soyasın dəyişdirilməsi ilə bağlıdır.

Uşaq 18 yaşına çatana qədər onun adının və soyadının dəyişdirilməsinə icazə verilirmi?

- Yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşağın mənafeyini nəzərə alaraq valideynlərin birgə xahişinə əsasən 18 yaşına çatana qədər uşağın adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə icazə verə bilər.

Xidmətin hüquqi əsası Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1, 54.2, 54.3 və 191.2-ci maddələridir. Xidmətin həyata keçirilməsi müddəti 30 iş günüdür. Dövlət rüsumu və xidmət haqqı tələb olunmur.

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi" Qaydalarının 1.4 bəndinə görə uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması:

- Yaşayış yerindən arayış (uşağın adı qeyd edilməklə) 
- Valideynlərdən vəfat edən varsa ölüm haqqında şəhadətnamənin surəti 
- Uşağın doğum haqqında şəhadətnaməsinin surəti 
- 10 yaşı tamam olmuş uşağın razılıq ərizəsi 
- Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti 
- Ərizəçilərin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri 
- Valideynlərin rəsmi nikahda yaşamasını təsdiq edən şəhadətnamənin surəti (boşanma varsa, nikahın ləğv edilməsi haqqında, valideynlərdən biri vəfat edibsə, ölümü haqqında şəhadətnamənin surəti) 
- Valideynlərin notariat qaydasında təsdiq olunmuş birgə ərizəsi
 

Daha sonra Valideynlər notariat qaydasında təsdiq edilmiş ərizələri ilə İcra Hakimiyyətinə müvafiq sənədlərlə birlikdə müraciət edir. İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanı valideynlərin təqdim etdiyi sənədləri yoxlayır, öz rəyi ilə birlikdə uşağın ad və ya soyadının dəyişdirilməsi barədə İcra Hakimiyyəti Başçısının sərəncamının layihəsini hazırlayır. İcra Hakimiyyətinin Başçısı uşağın ad və ya soyadının dəyişdirilməsi barədə sərəncam imzalayır.

Mübahisələrin məhkəmədənkənar həlli imkanları barədə məlumat:

İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər. Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 (bir) ay müddətində baxılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR