Slimfit
  1. TARİX

17-ci yüzildə Diyarbəkirin əhalisi Azərbaycan türkləri olub- Sənəd

17-ci yüzildə Diyarbəkirin əhalisi Azərbaycan türkləri olub- Sənəd
Sakura

17-ci yüzildə Diyarbəkirin əhalisi Azərbaycan türkləri olub- Sənəd

GADTB-nin Mətbuat Mərkəzinin İrs Azərbaycan telegram kanalına istinadən yaydığı məlumata görə, Diyabəkrə aid 16 və 17-ci əsrlərin tarixi mənbələri və sənədlərində bu bölgənin əhalisinin dilinin Azərbaycan türkcəsi olduğu məlum olur.

Övliya Çələbi vaxtilə Diyabəkrdə danışılan türk ləhcəsilə Osmalı türk ləhcəsini müqayisə edib və qiymətli sənədi bu günə yadigar qoymuşdur.

«Morfologiyaya əsasən Çələbinin məlumatlarından bəlli olur ki, Diyarbəkirin türk ləhcəsi 17-ci əsirdə hələ də Azərbaycan türk ləhcəsi idi».

Demək olar ki, onda Diyarbəki ləhcəsi Azərbaycan türkcəsinin bir ləhcəsiydi. İndi də Gündoğan Anadolunun ağızı Azərbaycan türkcəsinə çox yaxındır. Bu qəribə deyil, çünki Gündoğan Anadolu böyük Azərbaycan dövlətləri- Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətilərinin tərkibində olub.

Sonra Övliya bəzi sözləri və deyimləri Diyarbəkir ləhcəsindən Osmanlıcaya çevirir və buradan müqayisə aparmaq mümkündür: sağda 16-17 yüzilin Dİyarbəkir ləhcəsinin sözləri (indiki Azərbaycan türkcəsilə eyni). Solda – o sözlərin osmanlıcaya tərcüməsi :

bes men – ya men

menim gimi – benim gibi

hey kişi pişik kimi – hey adem kedi gibi

ireli – ileri

körpi – köprü

öz özüme – ben bana

Qaynaq: M. Van Bruinessen, H. Boeschoten, «Evliya Çelebi in Diyarbekir», p. 101

Qeyd edək ki, bu mənbədən aydın olur ki, kürdlər orta əsrlərdən Azərbaycan ərazilərini kürdləşdirməkdə davam edirlər.

 

Mənbə: gadtb.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR