“166 Yükdaşıma və Logistika” bu icra hakimiyyəti ilə birgə aztəminatlı ailələrə yardım aksiyasına qoşuldu
Prezident İlham Əliyevin çağırışına dəstək olaraq, “166 Yükdaşıma və Logistika” şirkəti və Nərimanov Rayon İcra Hakimiyyəti koronovirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin dövründə aztəminatlı ailələrə ərzaq məhsulları paylayıb.
Yardım Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən olunmuş ehtiyacı olan aztəminatlı ailələrə və karantin qaydalarına əsasən, evdən çıxması qadağan olunan yaşı 65-dən yuxarı olan vətəndaşlara tətbiq olunub.
Aksiyaya qoşulan “166 Yükdaşıma və Logistika” şirkəti ərzaq məhsullarının təyin olunan ünvanlara çatdırılması prosesini təmənnasız şəkildə uğurla yerinə yetirib. Ərzaq məhsullarını qəbul edən vətəndaşlar öz dərin minnətdarlıqlarını bildiriblər.
Bununla yanaşı, vətəndaşlara pandemiya ilə mübarizə çərçivəsində şəxsi gigiyena qaydaları və sosial təcrid olunma ilə bağlı məlumatlar verilib. Onlara karantin qaydalarına ciddi riayət edərək, evdə qalmaları tövsiyə olunub.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət