Slimfit
  1. CƏMİYYƏT

160-larla bağlı daha bir problem – Sürücü icazəsiz sifarişə çıxdı və...

160-larla bağlı daha bir problem – Sürücü icazəsiz sifarişə çıxdı və...
Sakura

160-larla bağlı daha bir problem – Sürücü icazəsiz sifarişə çıxdı və...

Bakıda marşrut avtobusları ilə bağlı daha bir qalmaqal yaşanıb. Belə ki, bu, yeni avtobusların fəaliyyət göstərdiyi 160 saylı marşrut xəttində qeydə alınıb. Əldə etdiyimiz görüntülərdə avtobusun içində elan yapışdırıldığı və həmin nəqliyyat vasitəsi üçün sifariş qəbul edildiyi qeyd olunub. Şəkildə göstərilən avtobusun üzərində BNA-nın qeydiyyat nişanı var.

Məsələni araşdırmaq üçün həmin elanda göstərilən nömrə ilə əlaqə saxladıq. Zəngimizə cavab verən Məcid adlı şəxs həmin avtobusla elan qəbul etdiklərini bildirib. O əsasən Bakı və Bakı ətrafı yerlərə səfər etmək üçün sifariş qəbul etdiklərini, amma gün ərzində gedib-gəlinəcəksə, rayonlara da gedə biləcəklərini dedi. Həmiş şəxs onu da bildirdi ki, sifariş qəbul edərkən kimdənsə icazə almalıdır ki, avtobusla fəaliyyət göstərə bilsin.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq. “Yeni Sabah”a danışan M. Ağayev BNA tərəfindən qeydiyyat nişanı verilmiş avtobuslarla başqa sifarişlərin qəbul edilməsinin qadağan olunduğunu bildirib:

“Tutaq ki, bir müntəzəm marşrut xəttində 19 avtobus olmalıdır. Biz də fərqlənmə nişanını veririk ki, həmin marşrut xətti üzrə fəaliyyət göstərsin. Ona fərqlənmə nişanı ona görə verilmir ki, başqa sifarişləri yerinə yetirtsin. Əgər başqa xidmət göstərmək istəyirsə, onun üçün başqa fərqlənmə nişanı almalıdır və o fərqlənmə nişanını da Bakı Nəqliyyat Agentliyi vermir. İkincisi, bu nəqliyyat vasitələr daşıyıcının balansındadır. Onu qarşısına qoyulan tələb odur ki, ilk növbədə bu marşrut xətti üzrə normal sərnişin daşıma xidməti göstərməlidir. Amma ehtiyat avtobusların varsa, onlarla gedib başqa xidmət göstərə bilərsən. İndi daşıyıcı şirkətlə danışdım. Onlar deyirlər ki, biz belə elan yapışdırmamışıq”.

Daha sonra M. Ağayev məsələnin araşdırıldığını və həmin elanın sürücü tərəfindən icazəsiz olaraq yapışdırıldığını deyib:

“Həmin görüntüləri daşıyıcıya göndərdik. Məsələ belədir ki, həmin elan daşıyıcının xəbəri olamadan, sürücü tərəfindən yapışdırılıb. Oraya icazəsiz olaraq öz nömrəsini yapışdırıb. Bu barədə xəbər tutan kimi daşıyıcı şirkət tərəfindən həmin sürücü ilə bağlı tədbir görülüb və elan da çıxarılıb.

Xatırladaq ki, ötən il 160 saylı marşrut xətti üzrə hərəkət edən avtobus Binə qəsəbəsində qatarla toqquşmuşdu. Bir neçə nəfərin ölümü ilə nəticələnən qəzadan sonra 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Ayşən LTD" MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi "Çinar-Trans" MMC-yə həvalə edilib və həmin şirkət xəttə yeni avtobuslar buraxıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR