Slimfit
  1. İDMAN

16 yaşlı futbolçu “Barselona” tarixinə düşdü

16 yaşlı futbolçu “Barselona” tarixinə düşdü
Sakura

16 yaşlı futbolçu “Barselona” tarixinə düşdü

Dünən İspaniya La Liqasının 2-ci turu çərçivəsində baş tutan “Barselona” - “Betis” (5:2) matçında əlamətdar hadisə qeydə alınıb.

BAKU.WS xəbər verir ki, matçın 78-ci dəqiqəsində meydana daxil olan Ansu Fati “Barselona” forması ilə meydana çıxan ikinci ən gənc futbolçu olub.

Belə ki, Bissau-qvineyalı futbolçu dünən meydana çıxarkən 16 yaş 300 günlük olub. Onu ilk təbrik edənlərdən biri isə Lionel Messi olub.

Qeyd edək ki, “Barselona” tarixinin ən gənc futbolçu ünvanı 1941-ci ildə 15 yaş 298 günlüyündə olarkən meydana çıxan Visente Martinesdədir.

Xatırladaq ki, “Barselona” “La Masia” adlı futbol akademiyasında yetişdirdiyi Ansu Fati ilə ötən ay peşəkar müqavilə imzalayıb və ona 100 milyon avro təzminat qiyməti qoyub.







Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR