Dərc edildi: Baxış sayı: 545
16 yaşı var, dünyada birincidir
Rusiyalı fiqurlu konkisürəni Alina Zaqitova Beynəlxalq Konkisürənlər İttifaqının yenilənən reytinqində qadınların tək yarışında birinciliyini qoruyub saxlayıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 16 yaşlı rusiyalının aktivində 4510 xal var. İkinci yerdə yapon fiqurlu konkisürəni Satoko Miyaxara qərarlaşıb. Zaqitovanın həmyerlisi, 18 yaşlı Yevgeniya Medvedyeva isə 3384 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, A. Zaqitova 2017-ci ildə yeniyetmələr arasında Dünya Çempionatının, 2018-ci ildə isə böyüklər arasında Avropa Çempionatının qalibi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət